11 C
Baku
Monday, November 25, 2024

“PAŞA Kapital” investisiya şirkətləri arasında liderliyini qorumaqdadır

®Bakı Fond Birjası tərəfindən açıqlanan statistikaya əsasən “PAŞA Kapital İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti, 2023-cü ilin yanvar ayında 1 milyard 130 milyon 238 min 118 manat dövriyyə ilə Azərbaycan bazarında liderlik mövqeyini saxlamaqda davam edir.

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC,  vasitəçilik, investisiya məsləhətləri və anderraytinq kimi müxtəlif investisiya imkanları üzrə ixtisaslaşan aparıcı investisiya şirkətidir.

Şirkət, yüksək keyfiyyətli vasitəçilik xidməti ilə investorlara Bakı Fond Birjasınnın ilkin və təkrar bazarına çıxışı, yerli bazarda birjadankənar əqdlərin bağlanması, xarici fond bazarlarında investisiya əməliyyatlarının aparılması və əlavə olaraq REPO sövdələşmələrinin təşkili üzrə uğurlu təcrübəyə malikdir.

Cari ilin yanvar ayı üzrə şirkətin dövlət qiymətli kağızları bazarında əməliyyatlarının ümumi həcmi 1.1 milyard manat olmuşdur ki, bu da bazarın 61%-ini təşkil edir və REPO bazarında isə bazar payları müvafiq olaraq 35% olmuşdur. Şirkətin yanvar ayında Bakı Fond Birjasında ümumi əməliyyatları üzrə bazar payı 44% təşkil etmişdir. 

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, Azərbaycan bazarında liderlik mövqeyini qorumaqla, yerli bazarda investisiya imkanları axtaranlar üçün etibarlı tərəfdaş olmağa davam edir.

 

Son xəbərlər
Digər xəbərlər