13 C
Baku
Friday, May 17, 2024

“PAŞA Kapital” “Silk Vey Vest Aviaşirkəti”nin 10 mln dollarlıq növbəti istiqraz buraxılışını həyata keçirəcək

PAŞA Kapital İnvestisiya Şirkəti QSC tərəfindən 05 May 2022-ci il tarixində Bakı Fond Birjasında Silk Vey Vest Aviaşirkəti MMC-nin üçüncü tranş faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazları yerləşdiriləcəkdir. Təklif edilən istiqrazların hər birinin nominal dəyəri 1 000 ABŞ dolları, ümumi həcmi 10 000 000 ABŞ dolları, tədavül müddəti 3 il, illik faiz dərəcəsi 5 faiz təşkil edir. İstiqrazlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcəkdir. Hərracda iştirak etmək istəyən investorlar PAŞA Kapital İnvestisiya Şirkəti QSC-ə müraciət edə bilər.

Xatırladaq ki, Silk Vey Vest Aviaşirkəti MMC-nin ikinci tranş üzrə istiqrazlarına tələbat təklifdən artıq olmuş və hərracın nəticələrə görə istiqrazlar üzrə ortalama gəlirlilik 4,21 faiz, kəsmə gəlirlilik isə 4.5 faiz təşkil etmişdir.

 

Müraciət üçün zəng edin: 1548

                                        +994 55 226 33 66

Son xəbərlər
 ⁠
Digər xəbərlər