23 C
Baku
Thursday, April 25, 2024

PAŞA Kapital “Silkvey Vest Aviaşirkəti” MMC-nin 10 milyon ABŞ dolları məbləğində istiqraz emissiyasını həyata keçirdi

Doqquz ildən artıqdır ki, Bakı Fond Birjasının üzvü kimi fəaliyyətini uğurla davam etdirən PAŞA Kapital İnvestisiya Şirkəti anderrayter kimi çıxış etdiyi daha bir emissiyanı uğurla tamamladı.

Hərrac yekunlarına əsasən istiqrazlar üzrə tələb təklifi üstələmişdir. Belə ki, təklif edilən həcm 10 milyon ABŞ dolları olsa da sifarişlərin nominal qiymətlə ümumi məbləği 10.67 milyon ABŞ dolları təşkil etmişdir.

Hərrac nəticəsində istiqrazların kəsmə qiyməti 1,000.00 ABŞ dolları (5.00%), orta ölçülmüş qiyməti isə 1,003.33 ABŞ dolları (4.88%) müəyyən edilmişdir.

Qeyd edək ki, istiqrazın illik faiz dərəcəsi 5.00%-dir və faiz ödənişləri 3 aydan bir olmaqla investorlara ödəniləcək.

PAŞA Kapital İnvestisiya Şirkəti 2012-ci ilin iyun ayında yaradılmış və 2021-ci ilin ilk doqquz ayında Bakı Fond Birjasında  əməliyyat dövriyyəsini təqribən 10.2 milyard manata çatdırmaqla bu göstəriciyə görə ölkənin ən iri investisiya şirkətinə çevrilmişdir. Şirkət müştərilərə vasitəçilik, anderraytinq, marja ticarəti və digər investisiya xidmətləri təklif edir. Qeyd edək ki, şirkət “CBONDS” beynəlxalq maliyyə agentliyi tərəfindən “İlin ən uğurlu ilkin bazar yerləşdirməsi” mükafatına layiq görülmüşdür.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər