“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-yə yeni baş icraçı direktor (CEO) təyin edilib.
Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə İsi Mustafayev Yusif oğlu CEO təyin edilib.
Buna qədər investisiya şirkətinin icra strukturu kollektiv idarə etmə üsulu ilə olmaqla İdarə Heyətindən ibarət idi. İdarə Heyətinin sədri
Ceyhun Hacıyev Afil oğlu və yeganə üzvü isə Elnur Fətullayev Bəxtiyar oğlu idi.
Tək başına icra orqanı kimi İcraçı direktorluq yaradılıb.
İsi Mustafayev Baş İcraçı direktor, Elnur Fətullayev Baş İcraçı direktorun müavini təyin edilib.
Xatırladaq ki, “PAŞA Kapital” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. İnvestisiya şirkətinin səhmləri 100% daxil olduğu “PAŞA Holdinq” MMC-yə məxsusdur.







