Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC minik və yük avtomobillərinin tam (Kasko) sığorta olunması xidmətinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Banker.az xəbər verir ki, tenderin qalibi “PAŞA Sığorta” ASC-dir.
Qalib şirkətə 26.680 manat ödəniləcək.