24 C
Baku
Monday, April 29, 2024

“PAŞA Sığorta” maddi ziyana görə “Azərbaycan Avtomobil Evi”ni məhkəməyə verdi

“PAŞA Sığorta” ASC  “Azərbaycan Avtomobil Evi” MMC və Məmmədova Günel Abbasağa qızı ilə bağlı məhkəməyə müraciət edib.

Banker.az xəbər verir ki, sığorta şirkəti Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.

Şirkətin müraciətindəki işin mahiyyəti mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr – Maddi ziyanın ödənilməsindən qaynaqlanır.

İddia hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, “Azərbaycan Avtomobil Evi” MMC “Changan” avtomobillərinin Azərbaycanda rəsmi distribütorudur.

Xatırladaq ki, “PAŞA Sığorta” şirkətinin nizamnamə kapitalının həcmi 50 milyon manatdır və 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər