6 C
Baku
Sunday, December 15, 2024

PAŞA Sığortadan “Kia” sahibləri üçün Tam KASKO sığortası üzrə kampaniya

®PAŞA Sığorta Tam KASKO sığortası üzrə hər həftə fərqli avtomobil markaları üçün təşkil etdiyi kampaniyası ilə avtomobil sahiblərini sevindirməyə davam edir.

“Kia həftəsi” adlı növbəti kampaniya çərçivəsində 20-26 may 2024-cü il tarixlərində sığorta haqqı 500 AZN və daha yüksək məbləğli, “Kia” markalı avtomobili üçün Tam KASKO məhsulu əldə etmək istəyən sürücülər 20% xüsusi endirim qazanacaq.

Kampaniya yalnız 1 illik KASKO sığortası əldə etmək istəyən, yeni və ya tarifinə yükləmə edilməyən yeniləmə fərdi müştərilərə şamil edilir. Kampaniyadan istehsal ili 2009-cu il və daha yuxarı olan “Kia” markalı avtomobillər yararlana bilər.

Kampaniya şərtləri barədə ətraflı məlumat üçün https://cutt.ly/Terv6lqj linkinə keçid edə bilərsiniz.

KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşa, *7000- Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya https://cutt.ly/OettCR8H keçidi ilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, avtomobilinizin marka/modelini, istehsal tarixini, təqribi bazar dəyərini, sürücülük təcrübənizi, tələb olunan azadolma məbləğini, şəxsiyyət vəsiqənizin və avtomobilinizin qeydiyyat şəhadətnaməsinin şəklini, həmçinin əlaqə nömrənizi mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook (https://www.facebook.com/pasha.insurance/) və ya Instagram səhifələrinə göndərərək KASKO sığorta üçün müraciət edə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 00-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta və yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB”, reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Son xəbərlər
Digər xəbərlər