11 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

PaşaBank yeni sistemə keçdi

 Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank yeni “Oracle FLEXCUBE” bank platformasına keçir. Bu addım Bankın Azərbaycan, Türkiyə və Gürcüstanda fəaliyyətinin genişləndirilməsi çərçivəsində biznes proseslərinin modernləşdirilməsi üçün atılıb.

PAŞA Bankın İdarə heyətinin sədri Taleh Kazımovun sözlərinə əsasən, regionun sahibkarları tərəfindən aparılan biznesin miqyası ildən-ilə artır. Buna görə də, Bank onların gələcək inkişafı üçün lazımi dəstəyi göstərə biləcəyinə əmin olmalıdır.

Kazımov bildirmişdir ki: “Biz “Oracle” həllini çıxışımızı bütün dünyada aparıcı maliyyə təşkilatlarının istifadə etdiyi qabaqcıl texnologiyalara açdığı üçün seçmişik. Bank sektoru üçün ən müasir texnoloji işlənmələri özündə birləşdirən bu bank platforması qərarların qəbul edilməsinin operativliyini və regional miqyasda apardığımız biznes proseslərinin operativliyini təmin edəcək. İnamla demək olar ki, yeni bank sisteminə keçid PAŞA Banka öz fəaliyyətini “Azərbaycan-Türkiyə-Gürcüstan” iqtisadi üçbucağı çərçivəsində aparan müştərilərin tələblərinə daha çevik və tez cavab verməyə imkan yaradır”.

Qeyd edək ki, “Oracle FLEXCUBE” demək olarkı 70% Azərbaycan banklarında istifadə edilən proqram təminatıdır. Hazırda PaşaHoldingə daxil olan KapitalBank ,həmçinin dövlətə məxsus  Beynəlxalq Bankda bu proqram təminatından istifadə edirlər.

Son xəbərlər
Oxşar xəbərlər

1 comment

Comments are closed.

X