11 C
Baku
Monday, November 18, 2024

“PASHA Bank Türkiye” 2024-cü ilin ilk yarısında 748 mln. TL gəlir əldə edib

“PASHA Holding” MMC-nin Türkiyədəki törəmə bankı “PASHA Yatırım Bankası Anonim Şirketi” (PASHA Bank Türkiye) 2024-cü ilin ilk yarım ilində faiz gəlirlərini illik müqayisədə 748.38 milyon lirəyə (həmin dövrün məzənnəsi ilə: 38.54 mln. manat) qaldırıb və bu, illik müqayisədə 35% artımdır.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bankın həmin dövr üzrə faiz xərcləri 489.1 mln. lirə, qeyri-faiz gəlirləri 127.38 mln. lirə, qeyri-faiz xərcləri isə 175.42 mln. lirəyə yüksəlib.

Bank xərclərinin gəlirlərlə müqayisədə bir qədər yüksək templə artması hesabına cəmi 417.72 mln. lirə əməliyyat mənfəəti əldə edib. Məsələn, keçən ilin eyni dövründə əməliyyat mənfəətinin həcmi 448.25 mln. lirə təşkil etmişdi.

Beləliklə, bank xərclərinin bir qədər artması hesabına 2.98 mln. lirə zərər edib. Halbuki, keçən ilin eyni dövründə 21.77 mln. lirə xalis mənfəət əldə etmişdi.

“PASHA Bank Türkiye”nin aktivlərinin həcmi 11.19 mlrd. lirə, öhdəlikləri 8.87 mlrd. lirə, xalis aktivləri (cəmi kapitalı) isə 2.32 mlrd. lirədir.

Son xəbərlər
Digər xəbərlər