6 C
Baku
Saturday, December 14, 2024

“PASHA Holding” 2021-ci ildə IT şirkətinə üçüncü dəfə maya qoyur

“PASHA Holding” MMC-nin törəmə şirkəti “PAŞA Technology” MMC-nin (“PASHA Technology” MMC )nizamnamə kapitalı 2021-ci ildə üçüncü dəfə artırılır.

Banker.az-ın əldə etdiyi xəbərə əsasən, “PAŞA Technology”nin nizamnamə kapitalı 758.36 min manat, yaxud 5.2 faiz artırılıb.

2018-ci ildə yaradılan texnologiya şirkətinin kapitalının həcmi 15 milyon 358.46 min manat olmuşdur.

“PAŞA Technology”nin məqsədi “PAŞA Holding” MMC-nin törəmə şirkətləri üçün İT xidmətləri, “Cloud Computing”, kiber təhlükəsizlik əməliyyatları və məlumatların emalı mərkəzinin idarə edilməsi xidmətlərini təmin etməkdir.

Qeyd edək ki, 2021-ci ilin yanvarında “PAŞA Technology”nin nizamnamə kapitalı 1 milyon manat (7.6%) artırlmaqla 14 milyon 100 min manata, martında isə 500 min manat (3.5%) artırılmaqla 14 milyon 600 min manata çatdırılmışdı. Bu da ilin əvəli ilə müqayisədə 2 milyon 258.36 min manat, yaxud 17.2% artıması deməkdir.

Son xəbərlər
Digər xəbərlər