“PASHA Holding” MMC-nin törəmə hotel şəbəkəsi şirkətinə yenidən maya qoyulub.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda bildirilir.
Məlumata görə, hotel menecmentini həyata keçirən “Absheron Hotel Group” MMC-nin nizamnamə kapitalı 3 mln. manat, yaxud 23% artırılmaqla 15.85 milyon manata çatdırılıb.
Qeyd edək ki, sonuncu dəfə “Absheron Hotel Group”un nizamnamə kapitalı 2021-ci ilin sentyabrında 3.5 mln. manat (37%) artımla 12.85 manata çatdırılmışdı.
013-cü ildə ildə şirkətin qurulması ilə “ABSHERON Hotel Group”, dünya səviyyəli hotel və kurort portfelini quraraq milli və regional bazarlarda lider mövqe tutmaqla, qonaqpərvərlik sənayesinin strateji oyunçudur.
Qrup Azərbaycanın paytaxtında müvafiq beynəlxalq otelçilik şirkətləri tərəfindən idarə olunan “Four Seasons Baku”, “JW Marriott Absheron Baku” və inşaat mərhələsində olan “The Ritz-Carlton, Baku” kimi üç lüks hotelə malikdir.
Hotel şəbəkəsinin daxilində fəaliyyət göstərən və onun birbaşa idarəçiliyi altında olan digər hotellər aşağıda qeyd olunmuşdur:
- Baku Marriott Hotel Boulevard
- Sheraton Baku Intourist
- Courtyard by Marriott Baku
- Pik Palace, Shahdag, Autograph Collection
- Park Chalet, Shahdag, Autograph Collection
- Dinamo Hotel Baku
- The Merchant Baku
- Bilgah Beach Hotel
- Allium Bodrum Resort & Spa, Bodrum / Türkiyə, L.V.X. üzvü (Preferred Hotels & Resorts)
- Boutique 19 Hotel
- Art Gallery Hotel