15 C
Baku
Friday, April 26, 2024

Absheron Hotel Group

Qisa informasiya

“PAŞA Holding” MMC-nin törəmə şirkəti olan “Abşeron Hotel Qrup” Məhdud Məsuliyyətli Cəmiyyət hotel idarəetmə şirkətidir.

2013-cü ildə ildə şirkətin qurulması ilə Qrup, dünya səviyyəli hotel və kurort portfelini quraraq milli və regional bazarlarda lider mövqe tutmaqla, qonaqpərvərlik sənayesinin strateji oyunçusu olmağı hədəfləyir.

Bu portfel, həm Azərbaycan, həm də ölkə xaricində orta sinifdən lüks hotellərə və digər qonaqpərvərlik subyektlərinə qədər müxtəlif hotel kateqoriyalarını əhatə edir.

Qrup Azərbaycanın paytaxtında müvafiq beynəlxalq otelçilik şirkətləri tərəfindən idarə olunan Four Seasons Baku, JW Marriott Absheron Baku və The Ritz-Carlton, Baku* kimi üç lüks hotelə malikdir.

Qrup daxilində fəaliyyət göstərən və onun birbaşa idarəçiliyi altında olan digər hotellər aşağıda qeyd olunmuşdur:

  • Baku Marriott Hotel Boulevard
  • Sheraton Baku Intourist
  • Courtyard by Marriott Baku
  • Pik Palace, Shahdag, Autograph Collection
  • Park Chalet, Shahdag, Autograph Collection
  • Dinamo Hotel Baku
  • The Merchant Baku
  • Bilgah Beach Hotel
  • Allium Bodrum Resort & Spa, Bodrum / Türkiyə, L.V.X. üzvü (Preferred Hotels & Resorts)
  • Boutique 19 Hotel
  • Art Gallery Hotel

Bundan başqa, Absheron Hotel Group -un inşaat mərhələsində olan daha iki hotel layihəsi də vardır ki, bunlardan biri Bakı-da* (The Crescent, brend- təsdiqlənməyib), digəri isə Tbilisi*, Gürcüstanda (AC Hotel by Marriott Tbilisi) yerləşir və növbəti 2-3 ildə açılması gözlənilir.

Adı “ABSHERON HOTEL GROUP” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
Qısa adı AHG
VÖEN  1402589811
Vergi uçotu orqanının adı  Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi
Hüquqi ünvanı AZ1010, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, NEFTÇİLƏR PR., ev 153
Nizamnamə kapitalı 15850000.00 AZN
Qanuni təmsilçi SIMON CRAIG BEAUMONT
Dövlət qeydiyyatına alındığı tarix 22.08.2013
Səhmdar(lar)/təsisçi(lər) “PASHA Holding” MMC

Aid xəbərlər və məqalələr

Əsas xəbərlər