21 C
Baku
Friday, April 26, 2024

PASHA Holding “Umico” layihəsinə yenidən maya qoyur

“PASHA Holding” MMC-nin törəmə şirkəti, məşhur “Umico” layihəsinin yaradıcısını kapitalını yenidən artırmaq qərarına gəlib.

Banker.az xəbər verir ki, “Competo” MMC nizamnamə kapitalını 2.9 milyon manat, yəni 14.4% artırıb. Beləliklə, bu şirkətin nizamnamə kapitalının həcmi 23 milyon manata çatdırılıb.

“Umico” layihəsinin yaradıcısına 2021-ci ilin fevral ayında 4.3 milyon manat (27.2%) artırılmaqla 20.1 milyon manata çatdırılmışdı.

“Kapital Bank” ASC-nin törəmə şirkəti “BirKart BOKT” MMC-nin də innovativ layihələri gerçəkləşdirən şirkətdə pay var. “BirKart BOKT”un “Competo” MMC-nin səhmlərinin 25%-i, yaxud 50 min manat həcmini əldə edib. Bu alış-veriş 2020-ci ilin martında gerçəkləşib.

“Competo”nun Baş ofisi Bakıda yerləşir. İdarəedici biznes-komanda pərakəndə satış və bank sahələri üzrə Belarus, Rusiya və Ukraynanın maliyyə və rəqəmsal məhsul bazarlarında böyük təcrübəyə malik əcnəbi mütəxəssislərdən təşkil olunmuşdur.

“Competo” şirkətinin məqsədi şirkətlərə yeni həllər tapmaqda və innovativ IT layihələri və alətləri vasitəsilə öz mənfəətlərini artırmaqda kömək etməkdir. Şirkət elektron ticarət, rəqəmsal marketinq, sifarişçilərlə əlaqələrin idarə olunması (CRM) və məlumat təhlili və emalı, habelə pərakəndə satış sahəsində ödəniş texnologiyaları və İT-inteqrasiya mexanizmlərinin inkişafı sahələrində ixtisaslaşıb.

2019-cu ilin may ayında növbəti 3 il üçün planlaşdırılan rəqəmsal xidmətin birincisi olan Umico (Universal Mobil Ağıllı Bələdçi) koalisiya loyallıq bonus proqramı Azərbaycan bazarında satışa çıxarılmışdır. “iOS” və “Android” platformalarındakı Umico mobil tətbiqi müştərilərə bütün ticarət kateqoriyaları üzrə Azərbaycanın ən böyük pərakəndə satış şəbəkələrində, habelə birbaşa mal istehsalçılarından (brend sahiblərindən/distribütorlarından) alış-veriş edərkən nağd pul geri almağa (cashback) imkan verir.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər