10 C
Baku
Thursday, December 12, 2024

“PASHA Holding”də daha bir təyinat olub

“PASHA Holding” MMC-nin Ekosistem üzrə aparat rəhbəri (Ecosystem Chief of Staff) təyin edilib.

Banker.az xəbər verir ki, bu vəzifəyə Rauf Qulaməliyev təyin olunub.

Rauf bakalavr dərəcəsini İngiltərənin “King’s College London” universitetində, magistr dərəcəsini isə Londonun “Bayes Business School” universitetində almışdır. O, həmçinin beynəlxalq səviyyədə tanınan CFA dərəcəsinə malikdir.

Qeyd edək ki, Rauf Qulaməliyev bundan öncə PAŞA Holding-də Biznes Qrup daxilində menecer vəzifəsində, “PAŞA Holding”ə qoşulmazdan öncə isə “BDO Azerbaijan”, və “KMPG Azerbaijan” kimi beynəlxalq audit şirkətlərində çalışıb.

Bununla yanaşı, hazırda Rauf Kapital Bank-da risklərin edilməsi, strategiya və büdcə, investisiya və böyük kredit komitələrinin üzvüdür.

Qeyd edək ki, Ekosistem Kapital Bank (BirBank), Competo (UmicoBonus və UmicoMarket), və PashaPay (m10) şirkətlərini əhatə edir, və Uklon Azərbaycan, Trendyol Azərbaycan kimi əməkdaşlıqların qurulması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir. Ekosistemin əsas məqsədi istehlakçıların gündəlik tələbatlarını rəqəmsal həllər vasitəsilə daha əlçatan və rahat etməkdir.

Bir müddət öncə xəbər verildiyi kimi, Ekosistem üzrə baş icraçı direktor vəzifəsinə PAŞA Holding-in baş icraçı direktorunun müavini Fərid Məmmədov təyin edilib.

Son xəbərlər
Digər xəbərlər