10 C
Baku
Thursday, December 12, 2024

“PASHA Holding”in sığorta şirkəti 6 aya 11 mln. manat xalis mənfəət əldə edib

Azərbaycanda aktivlərinə görə ən böyük sığortaçı olan “PAŞA Sığorta” ASC 2018-ci ilin ilk yarım ilini 10,7 mln. manatlıq xalis mənfəətlə tamamlayıb.

Banker.az bu barədə Sığorta Şirkətinin 2018-ci ilin ilk 6 ayına dair maliyyə hesabatına istinadən xəbər verir.

Hesabatda deyilir ki, “PAŞA Sığorta” 2018-ci ilin ilk 6 ayında 82,97 mln. manatlıq sığorta yığımı, 21,01 mln. manatlıq təkrarsığortaçılara ötürülmüş sığorta haqları edib ki, bu da sığorta şirkətinin 61,96 mln. manatlıq xalis sığorta yığımı əldə etməsi deməkdir. Bu gəlirlərdən də xərclərə ayırmaları qarşılamaqla yanaşı Sığortaçının  ilin 6 ayında 10,7 mln manata qədər xalis mənfəət etməsinə gətirib çıxarıb.

Sığorta Şirkətinin cəmi aktivləri 2018-ci ilin ilk 6 ayı ərzində 14,4 faiz böyüyərək 172.33 mln. manat olub. Cəmi öhdəlikləri də artaraq 108,2 mln. manata çatıb.

Cəmi kapital isə əksinə, 6 ay ərzində 2 faiz kiçilməklə 64.11 mln. manata düşüb. Cəmi kapitalın hazırda 50 mln. manatı səhm kapitalı, 12,79 mln manatı isə bölüşdürülməmiş mənfəətdir.

Xatırladaq ki, sığorta şirkətinin səhmlərinin 100%-nə “PASHA Holding” MMC tərəfindən yeganə səhmdar kimi nəzarət edir.

 

Son xəbərlər
Digər xəbərlər