8 C
Baku
Thursday, December 12, 2024

“PashaPay”ə (MilliÖN) əlavə edilmiş investisiyanın həcmi 40 mln. manatı keçib

“PASHA Holding” MMC-nin strukturuna daxil olan ödəniş sistemi “PashaPay” MMC-nin nizamnamə kapitalı kəskin fərqlə artırılıb. Şirkətə 22 milyon və ya 122% artımla “maya” qoyulub.

Banker.az xəbər verir ki, “MilliÖN”ün sahibinin nizamnamə kapitalı 18.022 mln. manatdan 40.022 mln. manata qaldırılıb.

Ümumilikdə, son iki ildə şirkətin kapitalına yatırılan investisiyanın həcmi 40 mln. manata yüksəlib.

“PashaPay” MMC-nin nizamnamə kapitalı 2023-cü ilin sentyabrına qədər 22 000 manat idi. Fintex şirkəti 2008-ci ildə “Komtec LTD” MMC kimi bu kapitalda təsis edilmişdi və 2022-ci ildən holdinq tərəfinsən satın alınıb. Onun fəaliyət istiqaməti elektron ödənişlər və ödəmə terminalları bazarını əhatə edir.

“PashaPay” MMC-nin səhmlərinin əsas hissəsi holdinqə daxil olan “Birkart” BOKT MMC-dir.

 

 

Son xəbərlər
Digər xəbərlər