“PashaPay”də yeni təyinat olub

“PASHA Holding”in ödəmə sistemi bazarına girəndən sonra “MilliÖn”ə işçi axını davam edir.

Banker.az xəbər verir ki, Mustafa Hüseynov “PashaPay” MMC-nin Analitika departamentinin direktoru təyin edilib.

O, buna qədər “Azerconnect” MMC-də Müştəri dəyərinin idarə olunması bölməsinin rəhbəri vəzifəsində çalışırdı.

Xatırladaq ki, “PASHA Holding” ölkədə uzun müddətdir ödəmə sitemi kimi fəaliyətdə olan “Komtec LTD” MMC-ni satın aldı. Bununla da şirkət rebrendinq edərək “PashaPay” MMC kimi fəaliyətə başlayıb.

Mustafa Hüseynov 1985-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə Xüsusi İstedadlar Qrupunda bakalavriat və ardından magistratura təhsili alıb. ADA və ABŞ-ın Dyuk (Duke) Universitetinin ASEP proqramının məzunudur. M.Hüseynov Yüksəliş müsabiqəsinin qalibidir.

O, həmçinin indiyə qədər “Bank Respublika”, “Azercell” və “Bakcell” kimi böyük şirkətlərdə çalışıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər