10 C
Baku
Wednesday, December 11, 2024

Paşinyan: “Azərbaycanla sülh sazişini imzalamaq hələ tezdir”

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə mayın 14-də üçtərəfli görüşün planlaşdırıldığı Brüsselə səfərini ləğv etmək niyyətində deyil.

O, bu barədə hökumətin iclasında deyib.

Paşinyan bu açıqlamanı bu gün Basarkeçər rayonunun Zod kəndi istiqamətində baş verən silahlı toqquşmaya münasibət bildirərkən deyib.

Bununla yanaşı, o, mayın 14-də Azərbaycanla sülh sazişinin imzalanacağını çətin hesab edir.

Paşinyanın fikrincə, ikitərəfli sülh və dövlətlərarası sazişin layihəsi hələ ilkin xarakter daşıyır. “Sazişi imzalamaq hələ tezdir. Digər tərəfdən, bizim sənədi mümkün qədər tez hazırlayıb imzalamaq istəyimiz var”, o deyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər