15 C
Baku
Çərşənbə, Dekabr 1, 2021

Paşinyan: “Bakı və İrəvan müdafiə nazirləri səviyyəsində birbaşa əlaqə yaradıb”

Ermənistan və Azərbaycan müdafiə nazirləri səviyyəsində birbaşa operativ əlaqə yaradıb.

“Sputnik Armenia”ın xəbərinə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Avropa İttifaqının nümayəndələri ilə görüşdə daha bir təşəbbüs ortaya atıldı. Söhbət 2 ölkənin müdafiə nazirləri arasında birbaşa rabitənin yaradılmasından gedir. Məqsəd insidentlərin qarşısını almaqdır” deyə Paşinyan əlavə edib.

“Deyə bilərəm ki, artıq əlaqə yaranıb. Mən bunu yüksək qiymətləndirirəm. Bu çox vacibdir” deyə Ermənistanın Baş naziri vurğulayıb.

Mənbə:Apa
Son xəbərlər
Oxşar xəbərlər
X