Ermənistan Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin keçirdiyi sammitdə Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılması barədə təkliflə çıxış edib. Amma bu təklif rədd edilib.
Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə büdcə müzakirələri zamanı çıxışında deyib.