5 C
Baku
Saturday, December 14, 2024

Paşinyan: “Sərhədin demarkasiyası və delimitasiya prosesi praktiki mərhələyə keçib”

Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası prosesi praktiki mərhələyə keçib.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətində sakinlərlə görüşündə deyib.

“Bu o deməkdir ki, Ermənistanın sərhədləri yerlərdə müəyyən edilməli olacaq. Hamımız bilirik, siz məndən də yaxşı bilirsiniz ki, Ermənistanın sərhədi harada başlayır, harada bitir”, – deyə Paşinyan vurğulayıb.

Baş nazirin sözlərinə görə, hökumətin məqsədi müharibənin qarşısını almaqdır və buna görə də bu ərazilərdə sərhədlərin təfərrüatlı şəkildə müəyyən edilməsi qərara alınıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər