“Ermənistanın Soçi görüşündən əvvəl və ondan sonrakı siyasəti dəyişməzdir”.
Bunu Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
O söyləyib ki, Soçidə keçirilən üçtərəfli görüşdə yalnız Praqada əldə olunan razılaşmalar təsdiqlənib: “Biz razılıqları təsdiqləmişik, Rusiya və Azərbaycandan da etiraz olmayıb”.
N.Paşinyanın sözlərinə görə, Soçidə Rusiya və Azərbaycan Prezidentləri ilə üçtərəfli görüş regionda sülhün bərqərar edilməsi istiqamətində irəliləyiş olub.
Qeyd edək ki, oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub.
Liderlər müzakirələrin sonunda bəyanat imzalayıblar.