12 C
Baku
Wednesday, December 11, 2024

“Paşinyanın məqsədi – Türkiyə və Rusiyanı toqquşdurmaqdır“

Azərbaycanda sabiq Xarici İşlər naziri kimi çalışmış Tofiq Zülfiqarov Azərbaycan və Ermənistan arasında humanitar məqsəd üçün nəzərdə tutulan atəşkəsdən sonra baş verənləri nəzərə alaraq şərh verib.
Şərhində Zülfiqarov deyir:
1) Ermənilərə atəşkəs lazım deyil, əks təqdirdə, onlar eskalasiya yolunu, hətta iddia etdikləri kimi, “cavab zərbələri” yolunu seçməzdilər;
2) Atəşkəs Rusiyaya lazım deyil, çünki Moskva öz məqsədinə nail olmayıb: yekun məqsəd erməni cəmiyyətində “Ermənistanın sağ qalması” üçün Rusiyadan başqa alternativin olmaması hissini və bununla da Paşinyan rejimini devirmək üçün zəmin yaratmaqdır;
3) Razılaşma mətninə “nizamlamanın əsas prinsiplərinə sadiqlik” məsələsini dürtməsinə baxmayaraq, “Lavrovun 10 saatlıq marafonu” sadəcə, coşğun fəaliyyətin imitasiyası idi. Bu o deməkdir ki, “it qovan kimi…” tezisinə cavab olaraq o, erməniləri işğal olunmuş ərazilərdə ən azı “maraqlı tərəf” qismində görmək istəyir.
4) Yuxarıda deyilənləri nəzərə alaraq, sənədin 3-cü və 4-cü müddəaları lazımsız və Prezidentin mövqeyinə zidd idi. Bu mövqe aşağıədakı kimidir: “…bizim vətəndaşlığımızı qəbul etmiş ermənilərə işğal olunmuş ərazilərdə Azərbaycanın digər vətəndaşlarının hüquqları səviyyəsində hüquqlar veriləcək (“arsax Ermənistandır və nöqtə” deyiminə cavabında muxtariyyət yoxdur);
5) XİN və Prezidentin köməkçisinin sənədin 3-cü və 4-cü müddəalarını qəribə şəkildə tərifləmələri səhv idi, xüsusilə o kontekstdə ki, 1-ci və 2-ci müddəalar (atəşkəsin əldə olunması) pozulub;
6) Ermənilər əmin oldular ki, Rusiya onların köməyinə gəlməyəcək və cavab reaksiya doğurmaq üçün indi Ermənistan ərazisindən bizim şəhərləri atəşə tutacaqlar;
7) Rusiya anlayır ki, Ermənistana hərbi güclə yardım edərsə, birbaşa Türkiyə ilə toqquşacaq.
8) Paşinyanın məqsədi – Türkiyə və Rusiyanı toqquşdurmaqdır.
Son xəbərlər
Digər xəbərlər