15 C
Baku
Friday, March 29, 2024

“Patentin alınması barədə iddia sənədinə aid Tələblər” təsdiqləndi

“Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1475-VQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Patent haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 avqust tarixli 755 nömrəli, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 avqust tarixli 749 nömrəli və “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 29 dekabr tarixli 167 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 mart tarixli 600 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Patentin alınması barədə iddia sənədinə aid Tələblər” təsdiq edilsin (əlavə olunur).
  2. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi patentin alınması üçün ərizə nümunəsini, onun doldurulması və təqdim edilməsi qaydasını, habelə ixtira, faydalı model və sənaye nümunəsinin yaradılması və istifadəsi ilə bağlı müəllif müqaviləsinin və  xidməti tapşırıq müqaviləsinin nümunələrini müəyyən etsin.

Əli Əsədov 

Azərbaycan Respublikasının Baş Naziri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 noyabr
tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Patentin alınması barədə iddia sənədinə aid

TƏLƏBLƏR

  1. Ümumi müddəalar

 

1.1. Bu Tələblər “Patent haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 27-ci maddəsinin 6-cı hissəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasında ixtira, faydalı model və sənaye nümunələrinə patentin alınması üçün Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə (bundan sonra – Agentlik) verilən iddia sənədinə dair tələbləri müəyyən edir.

1.2. İxtira, faydalı model və sənaye nümunəsinə patent almaq üçün hər bir hüquqi və ya fiziki şəxs iddia sənədi verə bilər. İddia sənədi iddiaçının özü, onun səlahiyyətli nümayəndəsi və ya Agentlikdə qeydiyyata alınmış patent müvəkkili vasitəsilə elektron qaydada, yaxud poçt vasitəsilə göndərilməli və ya birbaşa Agentliyə təqdim olunmalıdır.

1.3. Qanunun 27-ci maddəsinin 1-ci hissəsinə əsasən, Agentliyin və onun tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin vəzifəli şəxsləri öz vəzifələrini yerinə yetirərkən və həmin qurumlarda onların əmək münasibətlərinə xitam verildikdən sonra bir il müddətində patent barəsində iddia sənədi verə bilməzlər.

1.4. Xarici hüquqi və fiziki şəxslər tərəfindən iddia sənədi Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, yalnız Agentlikdə qeydiyyata alınmış patent müvəkkilləri vasitəsilə verilir.

1.5. İddia sənədi patent müvəkkili vasitəsilə verildikdə, onun səlahiyyətləri iddiaçı tərəfindən verilən etibarnamə ilə təsdiq edilir. Başqa dildə yazılmış etibarnamənin Azərbaycan dilinə tərcüməsinin təsdiqlənmiş surəti əsl nüsxəyə əlavə olunmalıdır.

1.6. Bir etibarnamə eyni iddiaçının bir neçə iddia sənədinə, eləcə də həmin şəxsin gələcəkdə verilməsi nəzərdə tutulan iddia sənədlərinə aid edilə bilər. Etibarnamə təqdim edilmədikdə, nümayəndənin (patent müvəkkilinin) iddia sənədi üzrə hərəkətləri etibarsız sayılır. 

1.7. İddiaçı nümayəndəyə (və ya patent müvəkkilinə) verdiyi etibarnaməyə istədiyi vaxt xitam verə bilər. Etibarnaməyə xitam verilməsi barədə iddiaçının notariat qaydasında təsdiq edilmiş ərizəsi Agentliyə daxil olduğu gündən ona xitam verilir. Etibarnaməyə xitam verilməsi ilə bağlı nümayəndə (və ya patent müvəkkili) Agentlik tərəfindən yazılı şəkildə məlumatlandırılır. İddiaçı ərizəni bilavasitə Agentliyə təqdim etdikdə, onun notariat qaydasında təsdiqi tələb olunmur. Etibarnaməyə xitam verildiyi gündən nümayəndə (və ya patent müvəkkili) iddiaçının adından hər hansı hüquqi hərəkətləri yerinə yetirə bilməz.

1.8. İddiaçı etibarnamə əsasında iddia sənədi üzrə yeni nümayəndə və ya patent müvəkkili təyin etdikdə, eyni iddia sənədinə dair əvvəl verilmiş etibarnamə ilə həyata keçirilmiş hərəkətlər öz qüvvəsini saxlayır.

1.9. Patentin alınması üçün ərizə təqdim olunmalıdır. Ərizənin nümunəsi, doldurulması və təqdim edilməsi qaydası Agentlik tərəfindən müəyyən edilir.

1.10. Iddiaçı bir neçə fiziki şəxs olduqda, ərizə onların hər biri və ya səlahiyyətli nümayəndəsi, yaxud onların birlikdə müəyyən etdikləri səlahiyyətli nümayəndə tərəfindən imzalanmalıdır. Ərizəyə qoşulan iddia sənədi bir ixtiraya və ya faydalı modelə, yaxud öz aralarında vəhdət təşkil edən bir qrup ixtiraya və ya faydalı modelə aid edilməlidir.

1.11. İddia sənədinin tərkibinə aşağıdakılar daxildir:

1.11.1. ixtiranın və ya faydalı modelin mahiyyətini tam açıqlayan və həyata keçirilməsi üçün kifayət qədər aydınlıq yaradan təsviri;

1.11.2. ixtiranın və ya faydalı modelin təsvirinə əsaslanan və mahiyyətini ifadə edən düsturu;

1.11.3. iddia obyektinin mahiyyətinin başa düşülməsi üçün zəruri olan çertyojlar və digər materiallar;

1.11.4. sənaye nümunəsinə dair məmulatın zahiri görkəmi barədə müfəssəl təsəvvür yaradan məmulatın şəkillər dəsti;

1.11.5. sənaye nümunəsinin mahiyyətini açıqlamaq üçün zəruri olduğu halda, məmulatın ümumi görünüşünün çertyojları, erqonomik sxemi, konfeksiya xəritəsi;

1.11.6. sənaye nümunəsinin mühüm əlamətlərini əks etdirən təsviri;

1.11.7. sənaye nümunəsinə dair məmulatın zahiri görkəmi barədə müfəssəl təsəvvür yaradan fotoşəkillər, şəkillər, o cümlədən kompüter qrafikası, reproduksiya və başqa üsullarla yerinə yetirilmiş şəkillər;

1.11.8. referat.

1.12. İxtira, faydalı model və sənaye nümunəsinin ilkinliyinin müəyyən edilməsinə dair tələb olunan sənədlərin Agentliyə təqdim edilməsi və bununla əlaqədar prosedurlar Qanunun 28-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

1.13. İxtira, faydalı model və sənaye nümunəsinin iddiaçısı iki və daha çox fiziki şəxs olduqda, patentdən istifadəyə dair onlar arasında bağlanılmış müəllif müqaviləsinin, iddiaçı işəgötürən olduqda patent hüququ obyektinin yaradıcısı olan müəlliflərlə işəgötürən arasında bağlanılmış əmək müqaviləsinin, yaxud sənaye mülkiyyəti hüququ obyektinin yaradılması barədə xidməti tapşırıq müqaviləsinin surəti iddia sənədinə əlavə olunmalıdır.

1.14. İxtira, faydalı model və sənaye nümunəsinin yaradılması və istifadəsi ilə bağlı müəllif müqaviləsinin və xidməti tapşırıq müqaviləsinin nümunəsi Agentlik tərəfindən müəyyən edilir. Müqavilələrdə Qanunun 13-cü, 14-cü və 15-ci maddələrinin tələbləri nəzərə alınmalıdır.

1.15. İddia sənədinin verildiyi gündən 1 ay ərzində iddiaçının barəsində iddia sənədi verdiyi ixtira, faydalı model və sənaye nümunəsinin mahiyyətini dəyişmədən iddia sənədinin materiallarına düzəlişlər və əlavələr etmək hüququ vardır. Dəyişikliklər ekspertin təklifi ilə də aparıla bilər.

1.16. İddia sənədində göstərilmiş ixtira, faydalı model və sənaye nümunəsinin mahiyyətini dəyişən və iddia sənədinin əvvəlki materiallarında olmayan əlamətlərə malik əlavə materiallar iddia sənədinə baxılarkən nəzərə alınmır və iddiaçı tərəfindən müstəqil iddia sənədi kimi tərtib edilə bilər.

1.17. Patent verilməsi barədə ərizə Azərbaycan dilində tərtib olunur. İddia sənədinin digər materialları Azərbaycan dilində və ya başqa dildə verilə bilər. İddia sənədinin başqa dildə verilmiş materiallarının Azərbaycan dilində tərcüməsi iddia sənədinin verildiyi gündən 2 ay müddətində təqdim olunmalıdır.

1.18. Məlumat axtarışını təkmilləşdirmək və beynəlxalq axtarış sistemlərinə inteqrasiya məqsədilə Agentliyin “Sənaye mülkiyyəti” rəsmi bülletenində dərc edilməsi üçün ixtiranın və faydalı modelin düsturu və referatı Azərbaycan və rus dillərində tərtib olunur.

1.19. İddiaçının (iddiaçıların) tam adı, müəllifin (müəlliflərin) soyadı, adı, atasının adı Azərbaycan, rus və ingilis dillərində təqdim edilir.

1.20. Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrə uyğun olaraq, xarici hüquqi və ya fiziki şəxs tərəfindən Agentliyə göndərilən (təqdim edilən) beynəlxalq iddia sənədi daxil olduğu tarixdən 2 ay ərzində, iddiaçı onun düsturunun, referatının və təsvirinin Azərbaycan dilində tərcüməsini təqdim etməlidir.

1.21. Elektron imzadan istifadə edilməklə tərtib olunmuş iddia sənədinin materialları istisna olmaqla, ixtiranın və faydalı modelin Azərbaycan dilində tərtib olunmuş təsviri, düsturu, ixtiranın və faydalı modelin məzmununu ifadə edən çertyoj (çertyojlar) və referat 2  nüsxədə, digər sənədlər isə 1 nüsxədə təqdim edilir.

1.22. İddia sənədlərinin tərkibinə daxil olan materiallarda (təsvir, düstur, çertyoj, sxem, şəkil, referat və s. materiallar) cəmiyyətin maraqlarına, humanizm və əxlaq prinsiplərinə zidd olan ifadələrdən, jarqonlardan, qeyri-elmi, qeyri-standart və aydın başa düşülməyən terminlərdən istifadəyə yol verilmir.

1.23. Bu Tələblərdə istifadə olunan anlayışlar Qanunda, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasında, “Patent kooperasiyası haqqında Müqavilə”sində, “Patent proseduru məqsədləri üçün mikroorqanizmlərin depozitləşdirilməsinin beynəlxalq tanınması haqqında” Budapeşt müqaviləsində, “Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında Haaqa Müqaviləsi”ndə və “Avrasiya Patent Konvensiyası”nda nəzərdə tutulmuş mənaları ifadə edir.

 

  1. İxtira obyektləri üzrə iddia sənədinə dair tələblər

 

2.1. İddia sənədi bir ixtiraya və ya vəhdət təşkil edən bir qrup ixtiraya aid olmalıdır.

2.2. İxtiranın vəhdəti tələbi aşağıdakı hallarda gözlənilmiş sayılır:

2.2.1. ixtiranın düsturunda bir ixtira xarakterizə olunduqda;

2.2.2. ixtiranın düsturunda bir qrup ixtira barəsində aşağıdakı əlamətlər səciyyələndikdə:

2.2.2.1. onlardan biri digərinin alınması (hazırlanması) üçün nəzərdə tutulmalıdır (məsələn, qurğu və ya maddənin və onların bütövlükdə, yaxud bir hissəsinin alınması (hazırlanması üsulu);

2.2.2.2. onlardan biri digərinin həyata keçirilməsi üçün nəzərdə tutulmalıdır (məsələn, üsul və üsulun bütövlükdə və ya hərəkətlərindən birinin həyata keçirilməsi üçün qurğu); 

2.2.2.3.  onlardan biri digərinin istifadəsi (digərində istifadə) üçün nəzərdə tutulmalıdır (məsələn, üsulda istifadə üçün nəzərdə tutulmuş üsul və maddə; üsul və ya qurğu və onun bir hissəsi; üsul yə ya maddənin yeni təyinat üzrə tətbiqi və bu yeni təyinatla onlardan istifadə üsulu; qurğu və ya maddənin yeni təyinat üzrə tətbiqi və tərkibinə bu qurğu və ya maddə daxil olan qurğu və ya maddə);

2.2.2.4. qurğu və ya maddənin yeni təyinat üzrə tətbiqi tərkibinə həmin qurğu və ya maddə daxil olan qurğu və ya maddə üçün nəzərdə tutulmalıdır;

2.2.2.5. ixtira eyni texniki nəticə alınmasını təmin edən, eyni təyinatlı və eyni növdən olan obyektlərə aid olmalıdır.

 

  1. İxtiranın adı

 

3.1. İxtiranın adı beynəlxalq patent təsnifatı indeksindən (göstəricisindən) sonra verilir.

3.2. İxtiranın adı aşağıdakı tələblərə cavab verməlidir:

3.2.1. ixtiranın təyinatını göstərməli, onun mahiyyətinə uyğun olmalı və ərizədə göstərilmiş ixtiranın adı ilə üst-üstə düşməlidir;

3.2.2. aydın, dəqiq və qısa (yığcam) olmalıdır;

3.2.3. tək halda ifadə olunmalıdır (tək halda istifadə edilməyən adlar və ümumi struktur formulu ilə əhatə olunan kimyəvi birləşmələrə aid ixtiraların adları istisna olmaqla);

3.2.4. kimyəvi birləşməyə aid olan ixtiranın adına onun kimyada qəbul edilmiş nomenklaturalardan biri üzrə adı və ya aid olduğu qrupun (sinfin) adı daxil edilməlidir (ixtiranın adına birləşmənin konkret təyinatı, bioloji aktiv birləşmələr üçün isə bioloji aktivliyin növü də daxil edilə bilər); 

3.2.5. eyni və ya istiqamətli şəkildə dəyişdirilmiş bioloji funksiya ilə təbii mənbədən ayrılan və ya başqa yolla alınan nuklein turşusuna, zülala, polipeptidə və ya peptidə aid olan ixtiranın adına maddənin adı, əgər bu aydın şəkildə onun adından irəli gəlmirsə, ixtiranın təyinatını müəyyən edən bioloji funksiyası (fəallığının növü, bioloji xüsusiyyətləri) daxil edilməlidir;

3.2.6. strukturu  təyin edilməmiş kimyəvi birləşməyə, tərkibi  təyin edilməmiş, o cümlədən biotexnoloji yolla alınan qarışığa və ya onların alınma üsuluna aid olan ixtiranın adına maddənin təyinatı və ya bioloji aktivliyi daxil edilməlidir;

 3.2.7. mikroorqanizm ştammına aid olan ixtiranın adına bioloji obyektin latın dilində cinsi, növü (beynəlxalq nomenklaturanın tələblərinə uyğun olaraq) və ştammın təyinatı daxil edilməlidir; 

3.2.8. bitki və ya heyvan hüceyrələri xəttinə aid olan ixtiranın adına hüceyrələr xəttinin adı və təyinatı daxil edilməlidir; 

3.2.9. genetik konstruksiyaya aid olan ixtiranın adına onun təyinatı və ya təyinatı müəyyən edən bioloji funksiyası göstərilməklə adı daxil edilməlidir;

3.2.10. məhsul və ya üsulun müəyyən təyinat üzrə tətbiqinə aid olan ixtiranın adında, müəyyən təyinatı əks etdirən məhsul və ya üsulun adı verilməlidir (məsələn, əgər ixtira məlum və ya yeni məhsulun dezinfeksiyaedici vasitə kimi tətbiqinə aiddirsə, ixtiranın adı “Dezinfeksiyaedici vasitə” kimi ifadə edilir).

3.3. ixtiralar qrupunun adında, onun xüsusiyyətlərindən asılı olaraq, aşağıdakılar göstərilməlidir:

3.3.1. biri digərinin alınması (hazırlanması), həyata keçirilməsi və ya istifadə edilməsi üçün nəzərdə tutulmuş obyektlərə aid olan ixtiralar qrupu üçün birinci ixtiranın tam və digərinin ixtisarla adı;

3.3.2. biri digərində istifadə edilmək üçün nəzərdə tutulmuş obyektlərə aid olan ixtiralar qrupu üçün qrupa daxil olan ixtiraların tam adı;

3.3.3. variantlara aid olan ixtiralar qrupu üçün mötərizədə  göstərilən “variantlar” sözü ilə tamamlanmış bir ixtiranın adı.

3.4. İxtiranın adında xüsusi adlardan, abreviaturalardan, əmtəə nişanlarından, coğrafi göstəricilərdən, reklam, firma və başqa xüsusi adlardan, ixtiranın ifadə olunduğu məhsulun və ya üsulun istifadəçisini iddiaçı (patent sahibi) barədə yanılda bilən əmtəələrin mənşə yerinin adlarından, göstərilən məhsul və ya üsul barədə tərifedici sözlərdən (ifadələrdən), “və s.”, “xüsusən”, “o cümlədən”, “təqribən” və ixtiranın eyniləşdirilməsi məqsədlərini daşımayan analoji sözlərdən istifadə edilməsinə yol verilmir.

 

  1. İxtira obyektlərini xarakterizə edən əlamətlər

 

4.1. Qurğunun əlamətləri

4.1.1. Qurğu aşağıdakı əlamətlərlə səciyyələndirilir:

4.1.1.1. konstruktiv elementin (elementlərin) olması ilə;

4.1.1.2. elementlər arasında əlaqələrin mövcudluğu ilə;

4.1.1.3. elementlərin qarşılıqlı yerləşməsi ilə;

4.1.1.4. elementin (elementlərin) və ya qurğunun bütövlükdə yerinə yetirilməsi forması ilə, xüsusən həndəsi forması ilə;

4.1.1.5. elementlərin əlaqələrinin yerinə yetirilməsi forması ilə;

4.1.1.6. elementin (elementlərin) parametrləri, digər xüsusiy-yətləri və qarşılıqlı əlaqəsi ilə;

4.1.1.7. elementin (elementlərin) və ya qurğunun bütövlüklə yerinə yetirilməsi materialı ilə;

4.1.1.8. elementin funksiyasını yerinə yetirən mühitlə.

4.2. Kimyəvi birləşmələrin əlamətləri        

4.2.1. Kimyəvi birləşmələrin xüsusiyyətlərini müəyyən edən əlamətlər aşağıdakılardır:

4.2.1.1. təyin olunmuş struktura malik kiçik molekullu birləşmələr üçün – keyfiyyət təkibi (müəyyən elementlərin atomları), say tərkibi (hər elementin atomlarının sayı), verilmiş kimyəvi quruluş formasına uyğun olaraq atomlararası əlaqə və molekulda onların qarşılıqlı şəkildə yerləşməsi;

4.2.1.2. müəyyən edilmiş struktura malik yüksək molekullu birləşmələr üçün – makromolekulda həlqələrin elementar struktur formulu, bütövlükdə makromolekulun strukturu (xətti, şaxələnmiş), elementar həlqələrin sayı və ya molekul kütləsi, molekulyar-kütlə paylanması, makromolekulların həndəsi xassələri və stereometriyası;  

4.2.1.3. sopolimerlər üçün – əlavə olaraq somonomer həlqələrin nisbəti və onların dövriliyi;

4.2.1.4. nuklein turşuları üçün – nukleotidlərin ardıcıllığı və ya onların ekvivalent əlamətləri (ardıcıllıq, bütün xətt boyu bir-birini tamamlayan hissələr, nəslin pozulması ilə bağlı məlum olan genetik kodlar);

4.2.1.5. zülallar üçün – aminturşuların ardıcıllığı və ya onların ekvivalent əlamətləri;

4.2.1.6. verilən birləşməni digərlərindən fərqləndirməyə imkan verən təyin olunmamış struktura malik birləşmələr üçün – fiziki-kimyəvi və digər əlamətlər (o cümlədən, alınma üsullarının əlamətləri).

4.3. Kompozisiyanın əlamətləri

4.3.1. Kompozisiyanı xarakterizə edən əlamətlər aşağıdakıları əhatə edir:

4.3.1.1. keyfiyyət tərkibi (inqrediyentlər);

4.3.1.2. miqdar tərkibi (inqrediyentlərin miqdarı);

4.3.1.3. kompozisiyanın strukturu;

4.3.1.4. inqrediyentlərin strukturu.

4.3.2. Tərkibi müəyyən edilməyən kompozisiyaları xarakterizə etmək üçün fiziki-kimyəvi, fiziki və digər göstəricilərdən və əlamət-lərdən istifadə oluna bilər.

4.4. Nüvə çevrilmələri yolu ilə alınan maddələrin əlamətləri

4.4.1. Nüvə çevrilmələri yolu ilə alınan maddələrin xarakte-ristikası üçün istifadə olunan əlamətlər aşağıdakılardan ibarətdir:

4.4.1.1. keyfiyyət tərkibi (elementlərin izotopu (izotopları);

4.4.1.2. miqdar tərkibi (protonların və neytronların sayı);

4.4.1.3. əsas nüvə xarakteristikaları, yəni yarımparçalanma dövrü, şualanmanın növü və enerjisi (radioaktiv izotoplar üçün).

4.5. Mikroorqanizm ştammları, bitki və heyvan hüceyrələrinin kulturalarının əlamətləri

4.5.1. Mikroorqanizm ştammlarını xarakterizə edən əlamətlər aşağıdakılardır:

4.5.1.1. cins və növün adı (latın dilində);  

4.5.1.2. mənşəyi (alınma mənbəyi, nəsil şəcərəsi); 

4.5.1.3. gen və xemotaksonomik xüsusiyyətləri;                                                                           

4.5.1.4. morfoloji, fizioloji (o cümlədən, kultural) xüsusiyyətləri; 

4.5.1.5. biotexnoloji xarakteristikası (becərilmə şəraiti; ştamm ilə əmələ gələn faydalı maddənin adı və xüsusiyyətləri);

4.5.1.6. aktivlik (məhsuldarlıq səviyyəsi);

4.5.1.7. valentlik, antigen quruluşu, seroloji xüsusiyyətləri (tibbi və baytarlıq məqsədləri (təyinatı) üçün);

4.5.1.8. hibridləşmə prinsipi üçün (hibrid mikroorqanizm ştammları üçün).

4.5.2. Bitki və heyvan hüceyrələri kulturalarının xarakteristikası üçün əlavə olaraq aşağıdakı əlamətlərdən istifadə olunur: 

4.5.2.1. karioloji xüsusiyyətlər;                                                                                                           

4.5.2.2. boy (kinetik) xüsusiyyətlər;   

4.5.2.3. heyvan orqanizminin içində becərilmə xüsusiyyətləri (hibridlər üçün);

4.5.2.4. morfogenez qabiliyyəti (bitki hüceyrələri üçün).

4.6. Mikroorqanizm ştammlarının konsorsiumu, bitki və heyvan hüceyrələrinin  kulturalarının xarakteristikası üçün istifadə olunan və yuxarıda göstərilən əlamətlərlə yanaşı aşağıdakı əlamətlərdən də istifadə olunur:

4.6.1. adaptasiya (uyğunlaşma) faktorları və şərtləri;

4.6.2. taksonomik tərkibi, sayı və həlledici komponentləri, əvəzləyiciləri, bütövlükdə konsorsiumun fizioloji xüsusiyyətləri və növü.

4.7. Genetik konstruksiyaların əlamətləri

4.7.1. Genetik konstruksiyaların xarakteristikası üçün bu Tələblərin 4.5-ci bəndində nəzərdə tutulan əlamətlərdən istifadə olunur (burada enxanser, promotor, başlama kodon, linker, yad gen fraqmenti, marker konstruktiv element kimi ola bilərlər).

4.8. Transformasiya edilmiş hüceyrənin xarakteristikası üçün aşağıdakı əlamətlərdən istifadə olunur:

4.8.1. transformasiyaedici elementlər;  

4.8.2. hüceyrə tərəfindən qazanılan əlamətlər (xassələr);    

4.8.3. hüceyrənin mənşəyinin göstərilməsi (prokariot hüceyrə üçün – cins, fəsilə və (və ya) növ) ilə;        

4.8.4. taksonomik əlamətlər; 

4.8.5. təbii genomun mutasiyası;   

4.8.6. verilən hüceyrəni digərindən fərqləndirmək üçün kifayət edən hüceyrənin becərilmə şəraiti və  digər xüsusiyyətlər.                                                                                                        

4.9. Transgen bitkilərin əlamətləri aşağıdakılardır:

4.9.1. genomda modifikasiyalı elementlərin mövcudluğu;

4.9.2. bitkilər tərəfindən qazanılan əlamətlər (xassə);   

4.9.3. bitkinin mənşəyi;

4.9.4. verilən bitkini digər bitkidən fərqləndirmək üçün kifayət edən taksonomik mənsubiyyət və digər xüsusiyyətlər.

4.10. Transgen heyvanlar üçün əlamətlər aşağıdakılardır:                                                                                                                                                                                                  

4.10.1. heyvanların geninə transformasiya olunmuş və məqsədli məhsulu kodlaşdırılan və ya ekspressiya edən gen və (və ya) DNK;

4.10.2. heyvanlar tərəfindən qazanılan əlamətlər (xassə);                                                                                  

4.10.3. heyvan orqanizmi tərəfindən hasil edilən modifikasiya olunmuş məhsul; 

4.10.4. verilən heyvanı digər heyvandan fərqləndirmək üçün kifayət edən taksonomik mənsubiyyət və  digər xüsusiyyətlər.

4.11. Üsulun əlamətləri                                                                                                                                                                                                                 

4.11.1. Üsulu xarakterizə etmək üçün əlamətlər aşağıdakılardır:  

4.11.1.1. hərəkətlərin və ya hərəkətlər məcmusunun olması;

4.11.1.2. müvafiq vaxt ərzində hərəkətlərin (proseslərin) yerinə yetirilməsi ardıcıllığı (ardıcıl surətdə, eyni vaxtda, müxtəlif nisbətlərdə və s.);

4.11.1.3. hərəkətlərin yerinə yetirilməsi üçün şərait, rejim, maddələrin istifadəsi (başlanğıc üçün xammal, reagent, katalizator və s.), qurğu (mexanizm, alət, avadanlıq və s.), mikroorqanizm ştammlarının, bitki və heyvan hüceyrələri xətləri.

 

  1. İxtiranın təsvirinin strukturu

 

5.1. İxtiranın təsviri ixtiranın adını və iddia edilən ixtiranın aid olduğu Beynəlxalq Patent Təsnifatının (BPT) indeksini göstərməklə aşağıdakı bölmələrdən ibarətdir: 

5.1.1. ixtiranın aid olduğu texnika sahəsi;

5.1.2. mövcud bilgilər məcmusundan irəli gələn yenilik səviyyəsi;

5.1.3. ixtiranın mahiyyəti;

5.1.4. qrafik materialların (fiqurların) siyahısı (əlavə olunduğu halda);

5.1.5. ixtiranın həyata keçirilməsinin mümkünlüyünü təsdiq edən məlumatlar (zəruri olduğu halda).

5.2. Lazımi məlumatların olduğu mənbəyə (ədəbiyyat mənbəyi, əvvəl verilmiş iddia sənədlərindəki ixtiranın təsviri, mühafizə sənədinə aid ixtiranın təsviri) istinad edilməklə, təsvirin hər hansı bölməsinin tamamilə və ya bir hissəsinin əvəz edilməsinə yol verilmir.

 

  1. İxtiraya dair təsvirin bölmələrinin mahiyyəti

 

6.1. İxtiranın aid olduğu texnika sahəsi

6.1.1. Təsvirin “ixtiranın aid olduğu texnika sahəsi” bölməsində ixtiranın tətbiq sahəsi göstərilir. Əgər bu cür sahələr çoxdursa, onlardan ən əsas olanlar qeyd edilməlidir.

6.2. Mövcud bilgilər məcmusundan irəli gələn texnika səviyyəsi

6.2.1. Təsvirin “Mövcud bilgilər məcmusundan irəli gələn texnika səviyyəsi” bölməsində iddiaçı iddia edilən ixtiraya oxşar olan analoqun (analoqların) mühüm əlamətlər məcmusu barədə məlumatlar verir.

6.2.2. İddia edilən ixtiranın analoqu, ilkinlik tarixinə qədər iddia edilən ixtiranın mühüm əlamətlər məcmusu ilə oxşar və eyni təyinatlı olan məlum texniki həlldir.

6.2.3. Analoqlar arasından əlamətlər məcmusu iddia edilən ixtiraya daha çox yaxın olanı (oxşar olanı) prototip kimi seçilir.

6.2.4. Analoqların hər biri, o cümlədən prototip haqqında verilən məlumatlarda, onun açıqlandığı informasiya mənbəyinə dair biblioqrafik məlumatlar qeyd edilməklə, iddia edilən ixtiranın mühüm əlamətləri ilə eyni olan əlamətlər açıqlanır və analoqun əlamətlərində iddiaçıya bəlli olan texniki nəticənin alınmasına mane olan səbəblər göstərilir.

6.2.5. İddia edilən ixtira, tərkibi müəyyən edilməmiş konkret təyinatlı və ya bioloji aktiv xassələrə malik qarışığın alınma üsuluna aid olduqda, ən yaxın oxşarlığı olan analoq kimi, bu cür təyinatlı və ya bu cür bioloji aktiv xassələrə malik qarışığın alınması üsulu göstərilir.

6.2.6. İddia edilən ixtira, yeni birləşmənin, o cümlədən yüksək molekullu birləşmənin və gen mühəndisliyi obyektinin alınması üsuluna aid olduqda, onun məlum struktur analoqunun alınması üsulu haqqında məlumat verilir.

6.2.7. Mikroorqanizm ştammına, bitki və heyvan hüceyrələri kulturasına, genetik konstruksiyaya aid olan ixtiranın analoqu kimi eyni təyinatlı məlum mikroorqanizm ştammı, bitki və heyvan hüceyrələri kulturası və genetik konstruksiya göstərilir.

6.2.8. İddia edilən ixtira  əvvəllər məlum olan məhsul və üsulun yeni təyinat üzrə tətbiqinə aid olduqda, həmin təyinatdan olan məlum məhsul və üsul onun analoqu kimi göstərilir.

6.2.9. Bir qrup ixtira təsvir edildikdə, analoq və prototip haqqında məlumat hər bir ixtira üçün ayrılıqda verilir.

6.2.10. Bir neçə analoq olduqda, ən yaxın oxşarlığı olan analoq axırda göstərilir.

6.3.  İxtiranın mahiyyəti 

6.3.1. İxtiranın mahiyyəti ixtiranın aid edildiyi texniki nəticəyə nail olmaq üçün kifayət edən mühüm əlamətlər məcmusunda ifadə olunur.

6.3.2. Əlamətlər texniki nəticəyə təsir (göstərilən nəticə ilə səbəb-nəticə əlaqəsində olduqda), onlar mühüm əlamətlərə aid edilir.

6.3.3. Texniki nəticə qurğunun hazırlanması və ya istifadə edilməsi zamanı obyektiv şəkildə yaranan texniki effektin, hadisənin, xüsusiyyətin və s. xarakteristikasını əks etdirir. Əlamətlər texniki nəticəyə təsir etdikdə, yəni onlar göstərilən nəticə ilə səbəb-nəticə əlaqəsində olduqda, mühüm əlamətlərə aid edilir.

6.3.4. Texniki nəticə aşağıdakı əlamətlərlə ifadə olunur:

6.3.4.1. sürtünmə əmsalının azaldılması (artırılması);

6.3.4.2. pərçimlənmənin qarşısının alınması;

6.3.4.3. vibrasiyanın azaldılması;

6.3.4.4. orqanın qanla təchiz olunmasının yaxşılaşdırılması;

6.3.4.5. dərman preparatının təsirinin lokallaşdırılması, onun toksikliyinin azaldılması;

6.3.4.6. tökmə strukturunun qüsurlarının aradan qaldırılması;

6.3.4.7. işçi orqanın mühitlə təmasının yaxşılaşdırılması;

6.3.4.8. siqnalın formasının təhrif olunmasının azaldılması;

6.3.4.9. fırlanma anının azaldılması, şişməyə qarşı aktivliyin artırılması;

6.3.4.10. maye sızmasının azaldılması;

6.3.4.11. rütubətlənmə qabiliyyətinin yaxşılaşdırılması;

6.3.4.12. çatın qarşısının alınması;

6.3.4.13. vaksinin immunogenliyinin yüksəldilməsi;

6.3.4.14. bitkinin fitopatogenlərə qarşı davamlılığının yüksəl-dilməsi;

6.3.4.15. müəyyən istiqamətli antitellərin alınması;

6.3.4.16. kompüterin iş sürətinin artırılması və tələb olunan operativ yaddaş həcminin azaldılması.   

6.4. İxtiranın mahiyyətini açıqlayan məlumatlar

6.4.1. Bu bölmədə həll edilməsi üçün iddia edilən ixtiranın yönəldildiyi məsələ təfsilatı ilə açıqlanır və onun təmin etdiyi texniki nəticə göstərilir.

6.4.2. Bu bölmədə həmçinin ən yaxın analoqdan fərqlənən əlamətlər ayrılmaqla, ixtiranı xarakterizə edən mühüm əlamətlərin hamısı göstərilir. Fərqlənən əlamətlər iddia edilən hüquqi mühafizə həcminin şamil edildiyi bütün hallarda kifayət edən əlamətlərə, xüsusi hallarda isə ixtiranın konkret yerinə yetirilməsi formalarına və ya onun istifadə edilməsinin xüsusi şərtini xarakterizə edən əlamətlərə bölünür.

6.4.3. İddia edilən ixtiranın yeni mühüm əlamətləri və nail olunan müsbət texniki nəticə arasında səbəb-nəticə əlaqəsinin olması göstərilməlidir. İxtiranın mahiyyəti açıqlandıqda, onu təmin edən və iddiaçıya məlum olan digər texniki nəticə növlərinin, o cümlədən xüsusi hallarda, onun konkret formalarında və ya xüsusi istifadə edilmə şərtinin göstərilməsi tövsiyə olunur.

6.4.4. Əlamətin xarakteristikasının onun açıqlandığı məlumat mənbəyinə istinad edilməklə, əvəz olunmasına yol verilmir.

6.4.5. Mikroorqanizm ştammına, bitki və ya heyvan hüceyrələri xəttinə aid olan ixtiralar üçün, əgər verilən obyektlər depozitə qoyulubsa və iddia sənədində buna dair göstəriş varsa, onların əlamətlərindən başqa, əlavə olaraq belə obyektləri depozitə götürməyə səlahiyyəti olan kolleksiya-depozitarinin adı və ya abreviaturası, kolleksiya tərəfindən onlara verilmiş qeydiyyat nömrəsi göstərilməlidir.

6.4.6. Məlum məhsul və üsulun yeni təyinat üzrə tətbiqinə aid olan ixtiranı təsvir etdikdə, məlum obyektin xarakteristikaları (təsvir olunan obyektin informasiya mənbəyinin biblioqrafik göstəricilərini qeyd etməklə), onun məlum və yeni təyinatı haqqında məlumatlar verilir.

6.4.7. Bir qrup ixtiralar üçün göstərilən məlumatlar, o cümlədən texniki nəticə haqqında məlumatlar hər bir ixtira üçün ayrılıqda verilir.

6.5. Qrafik materialların (fiqurların) siyahısı

6.5.1. Bu bölmədə qrafiki materiallara dair fiqurların siyahısı və hər bir fiqurda nəyin əks olunduğu qısa formada göstərilməlidir. 

6.6. İxtiranın həyata keçirilməsinin mümkünlüyünü təsdiq edən məlumatlar

6.6.1. Bu bölmədə misallar gətirilməklə, iddiaçının göstərdiyi təyinatda iddia edilən ixtiranın həyata keçirilməsinin mümkünlüyü bildirilir.

6.6.2. Mahiyyəti ümumi anlayışlarla, o cümlədən funksional ümumiləşdirmə səviyyəsində təqdim edilmiş anlayışlarla ifadə olunmuş əlamətlərlə səciyyələnən ixtiranın həyata keçirilməsinin mümkünlüyü, ümumi anlayışlarla ifadə olunmuş əlamətləri həyata keçirmək üçün bilavasitə iddia sənədlərinin materiallarında bu cür əlamətin və ya onun alınma metodlarının həyata keçirilmə vasitəsi təsvir edilməklə, yaxud belə vasitənin və ya onun alınma üsullarının məlum olduğuna edilən istinadlarla təsdiq edilir.

6.6.3. İxtiranın bir neçə əlaməti alternativ şəkildə ifadə edilibsə, belə əlamətlərin xarakteristikalarının müxtəlif birləşmələrində texniki nəticənin alınması imkanı göstərilir.

6.7. Qurğuya aid olan ixtiranın həyata keçirilməsinin mümkünlüyünü təsdiq edən məlumatlar

6.7.1. Qurğuya aid olan ixtiranın həyata keçirilməsinin mümkünlüyünü təsdiq edən məlumatlara qurğunun konstruksiyasını açıqlayan statik vəziyyətdəki təsviri daxildir. Qurğunun konstruktiv elementlərini təsvir etdikdə, çertyojun fiqurlarına istinadlar edilir. Konstruktiv elementlər rəqəmlərlə, onların adının çəkilməsi üzrə, birdən başlayaraq, artan istiqamətdə işarələnir.

6.7.2. Statik vəziyyətdə qurğunu təsvir etdikdən sonra çertyojlarda verilmiş konstruksiyanın rəqəmlərlə işarələnmiş elementlərinə və lazım gəldikdə digər izahedici materiallara (epürlər, zaman diaqramları və s.) istinad edilməklə qurğunun fəaliyyəti (işi) və qurğunun istifadə üsulu təsvir edilir.

6.7.3. Qurğuda funksional səviyyədə xarakterizə olunmuş element olarsa və təsvir olunan realizə forması proqramlaşdırıla bilən (sazlana bilən) çoxfunksiyalı vasitədən istifadə edilməsi nəzərdə tutularsa, onda həmin qurğunun tərkibində bu cür vasitə ilə onun təyin edilmiş  konkret funksiyanı yerinə yetirməsi imkanını təsdiq edən məlumatlar verilir. Bu cür məlumatlar kimi alqoritm, o cümlədən hesablama alqoritmi verildiyi halda, onu blok-sxem və ya mümkün olduqda, uyğun riyazi ifadə şəklində vermək məqsədəuyğundur.

6.8. Üsula aid olan ixtiranın həyata keçirilməsinin mümkünlüyünü təsdiq edən məlumatlar

6.8.1. Üsula aid olan ixtira üçün onun həyata keçirilməsi misallarında maddi obyekt üzərində hərəkətlərin (üsulların, əməliyyatların) ardıcıllığı, eləcə də hərəkətlərin aparılması şəraiti, konkret rejimlər (temperatur, təzyiq və s.) və bu zaman istifadə edilən maddi vasitələr (qurğular, maddələr, ştammlar və s.) göstərilir. Məlum vasitələrin (qurğu, maddə və ştamm) istifadə edilməsi ilə xarakterizə olunan üsul təsvir edildikdə, iddia olunan ixtiranın ilkinlik tarixinə qədər onların məlum olması təsdiq edilir. Məlum olmayan vasitələr istifadə olunduqda, onların xarakteristikası verilir və lazım olduğu halda qrafik təsvir əlavə edilir.

6.8.2. Üsulda məlum olmayan maddələrdən istifadə edilməsi zamanı onların alınması üsulu açıqlanır, naməlum mikroorqanizm ştammlarından və ya hüceyrə xətlərindən istifadə edilməsi zamanı isə onların depozitə qoyulması barədə məlumatlar və ya üsulun həyata keçirilməsi üçün kifayət edən ştammın və ya hüceyrə xətlərinin alınması üsulunun təsviri verilir.

6.8.3. Məmulatın elementi soy (iddia edilən ixtiranın (faydalı modelin) məqsədini əks etdirən xüsusiyyət (məsələn, “torpaq qazma üsulu”, “materialların qaynaq edilməsi üçün qurğu”, “ürək-damar xəstəliklərinin müalicəsi üçün dərman preparatının tərkibi” və s.) və ya məmulatın tərkibi və strukturu müəyyən edilməmiş materialdan hazırlanmışdırsa, həmin məmulatın alınması üsuluna aid olan ixtiraya dair materialın xassələri və elementin və (və ya) bütövlükdə məmulatın xarakteristikaları haqqında məlumatlar göstərilir.

6.8.4. Üsulda yeni maddələr istifadə olunduqda, onların əldə edilməsi üsulu açıqlanır.

6.8.5. Ümumi struktur formulu ilə təsvir olunan birləşmələrin yeni qrupunun alınması üsuluna aid olan ixtira üçün bu üsulla qrupun bəzi konkret birləşmələrinin, əsasən müxtəlif  kimyəvi xassəli radikalların alınmasına və homoloji sıra üçün həmin sıranın kənar və orta funksional qruplarının alınmasına dair misallar verilir. Təsvirdə qrupa daxil olan birləşmələrin struktur quruluşlarının məlum metodlarla təsdiq olunması, fiziki-kimyəvi xarakteristikaları, yeni birləşmələrin təyinatı və ya bioloji aktiv xassələri haqqında məlumatlar qeyd edilməlidir.

6.8.6. Strukturu müəyyən edilməmiş yüksək molekullu birləşmələrin və ya qarışıqların alınması üsuluna aid olan ixtiraya aid verilən misallarda, həmin birləşmənin eyniləşdirilməsi üçün lazım olan məlumatlar, yüksək molekullu birləşmələrin və ya qarışıqların alınması ilə bağlı ilk reagentlər haqqında məlumatlar, həmcinin birləşmələrin və ya qarışıqların təyinatını müəyyən edən və həmin təyinatı təsdiq edən məlumatlar da verilir.

6.9. Maddəyə aid olan ixtiranın həyata keçirilməsinin mümkünlüyünü təsdiq edən məlumatlar

6.9.1. Strukturu müəyyən edilmiş fərdi birləşməyə aid olan ixtira üçün məlum metodlarla isbat edilmiş quruluş formulu, fiziki- kimyəvi sabitlər verilir və yeni birləşmənin ilk dəfə alındığı üsul təsvir olunur.

6.9.2. İxtiranın həyata keçirilməsinin mümkünlüyünü təsdiq edən məlumatlar aşağıdakılardır:

6.9.2.1. fərdi birləşmə mikroorqanizm ştammı bitki və heyvan hüceyrələri kulturası istifadə edilməklə alınmışdırsa, onda həmin ştammın iştirakı ilə alınma üsulu, kultura və ştamm haqqında və onun depozitə qoyulması haqqında məlumatlar;

6.9.2.2. ixtira strukturu müəyyən edilmiş, ümumi quruluş formulu ilə təsvir olunan fərdi kimyəvi birləşmələr qrupuna aiddirsə, onun alınma üsulunun ümumi sxemi, əsasən kimyəvi xassə üzrə müxtəlif radikallı bəzi konkret birləşmələrin alınmasına aid misallar verilməklə, qrupun bütün birləşmələrinin alınması imkanını təsdiq edən məlumatlar;

6.9.2.3. kimyəvi birləşmələr üçün onların məlum metodlarla təsdiq olunmuş quruluş formulları, fiziki-kimyəvi sabitləri, qrupun bəzi birləşmələrinin göstərilən təyinat üzrə istifadə edilməsi imkanını təsdiq edən məlumatlar;

6.9.2.4. ixtira aralıq birləşməyə aid olduqda, həmin birləşmənin məlum son məhsula emal edilməsi imkanı və ya ondan konkret təyinatlı, yaxud bioloji aktiv xassəli yeni məhsul alınması imkanı barədə məlumatlar;

6.9.2.5. ixtira kompozisiyaya (qarışığa, məhlula, ərintiyə, şüşəyə və s.) aid olduqda verilən misallarda, kompozisiyanın tərkibinə daxil olan inqrediyentlərə, onların xarakteristika və kəmiyyət nisbətlərinə aid göstərişlər, həmçinin ixtiranın əldə edilməsi üsulunu təsvir edən məlumatlar;

6.9.2.6. ixtira dərman vasitəsinə aid olduqda, təyinatın həyata keçirilməsi üçün onun yararlılığını təsdiq edən dürüst (o cümlədən, adekvat modellər üzərində aparılmış klinik sınaqlarda alınan) məlumatlar, o cümlədən dərmanın forması, dozası və qəbul edilməsı üsulu, reseptin tərtib edilməsi üsulu, kəskin zəhərləmə xüsusiyyəti, onun fizioloji və ya patoloji proseslərin müəyyən mərhələlərinə təsiri və ya onlarla əlaqə barədə məlumatlar.

6.9.3. Misallarla təsvir edilən, konkret maddədə hər bir inqrediyentin miqdarı, ixtiranın düsturunda göstərilmiş qiymətlər intervalı həddində konkret ölçü vahidləri ilə ifadə olunmuş şəkildə göstərilir (ixtiranın düsturunda inqrediyentlərin miqdarı faizlə ifadə olunduqda (kütlə və ya həcm üzrə), misalda göstərilən inqrediyentlərin ümumi miqdarı 100 faizə bərabər olur).

6.9.4. İxtira nuklein turşusuna və ya təbii mənbədən ayrılan və ya başqa yolla alınan eyni və ya istiqamətli şəkildə dəyişdirilmiş bioloji funksiyalı polipeptidə aiddirsə, ardıcıllıqlar siyahısında ardıcıllıq nömrəsi, təyinatı müəyyən edən bioloji funksiya (aktivliyin növü, bioloji xassə), eləcə də fiziki-kimyəvi və başqa xarakteristikalar verilir. Həmçinin, maddənin alınma üsulu təsvir edilir və onun müəyyən təyinatla istifadə edilməsi imkanı göstərilir.

6.10. Mikroorqanizm ştammına, bitki və heyvan hüceyrələri kulturalarına, genetik konstruksiyaya aid  olan ixtiranın həyata keçirilməsinin mümkünlüyünü təsdiq edən məlumatlar

6.10.1. Mikroorqanizm ştammına, bitki və heyvan hüceyrələri xəttinə, ştamm konsorsiumlarına aid olan ixtira üçün ştammın, hüceyrə xəttinin, konsorsiumun alınma üsulunun təsviri verilir. Təsvir ixtiranın həyata keçirilməsi üçün kifayət deyildirsə, ştammın, hüceyrə xəttinin, konsorsiumun və ya konsorsiuma daxil olan ştamların depozitləşdirilməsi barədə məlumatlar (kolleksiya-depozitarinin adı və ya abreviaturası, ünvanı, kolleksiya tərəfindən depozitləşdirilmiş obyektə verilmiş qeydiyyat nömrəsi) təqdim edilməlidir. Belə məlumatların tarixi iddia sənədinin verilməsi tarixindən və ya ilkinlik xahiş olunduda, ilkinlik tarixindən gec olmamalıdır.

6.10.2. Mikroorqanizm, hüceyrə kulturası ştammına və ya onun istifadə olunduğu üsullara aid ixtiranın həyata keçirilməsinin mümkünlüyü müvafiq ştammın necə və ya harada alına bilməsinə istinad olunmaqla təsdiq olunur.

6.10.3. Depozitləşdirmə haqqında məlumatlar təqdim edilmədən ştammın alınması üsulunun təsviri gen mühəndisliyi metodları ilə alınan ştammlara, yəni, yalnız təsvirdə göstərilmiş məlumatlar əsasında qurula və həyata keçirilə bilən rekombinant ştammlara münasibətdə ixtiranın həyata keçirilməsi üçün kifayət hesab edilə bilər. Digər hallarda ştammın depozitləşdirilməsi mütləqdir.

6.10.4. Genetik konstruksiyaya aid olan ixtira üçün onun konstruktiv icrası, alınma üsulu barədə məlumatlar, o cümlədən göstərilən təyinatın və ya təyinatı müəyyən edən bioloji funksiyanın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar verilir. Əgər genetik konstruksiyanın əlaməti ixtiranın düsturunda ümumi anlayışdan istifadə edilməklə xarakterizə olunubsa, göstərilən təyinatın və ya təyinatı müəyyən edən bioloji funksiyanın həyata keçirilməsi ilə genetik konstruksiyalar sırasının alınmasının mümkünlüyü təsdiq edilir.

6.11. İxtiranın təsviri iddiaçı və ya patent müvəkkili (nümayəndə) tərəfindən imzalanır.

         

  1. İxtiranın düsturuna dair tələblər

 

7.1. İxtiranın düsturunun təyinatı və tərtib edilməsi

7.1.1. İxtiranın düsturu ixtiranın mahiyyətini ifadə edir və patentlə verilən hüquqi mühafizənin həcmini müəyyənləşdirir.

7.1.2. Düstur təsvirə əsaslanmalı, xarakterizə olunan ixtira təsvirdə açıqlanmalı, ixtiranın düsturu ilə müəyyən edilən hüquqi mühafizənin həcmi bu təsvirdə təsdiqlənməlidir.

7.1.3. İxtiranın düsturu aydın olmalı, onun məzmununu dəqiq ifadə etməli və iddiaçının göstərdiyi texniki nəticəyə nail olmaq üçün kifayət edən mühüm əlamətlərin məcmusunu əks etdirməlidir.

7.1.4. İxtiranın düsturunda əlamətin xarakteristikası həmin əlamətin açıqlanmış olduğu məlumat mənbəyinə istinadla əvəz edilə bilməz. İxtiranın düsturunda əlamətin xarakteristikasının iddia sənədində olan təsvirə və ya çertyojlara istinadla əvəz edilməsinə yalnız əlaməti bu cür istinad olmadan xarakterizə etmək mümkün olmadığı halda yol verilir.

7.1.5. İxtiranın əlamətləri ixtiranın düsturunda elə ifadə olunmalıdır ki, mütəxəssis tərəfindən texnika səviyyəsi əsasında onların semantik məzmununun başa düşülməsi imkanı təmin edilsin. Əlamətlərin ifadə edilməsi üçün ixtiranın düsturunda qeyri-elmi anlayışlardan istifadə qadağandır. 

7.1.6. Əlamət ixtiranın düsturunda onun həyata keçirilməsinin müxtəlif xüsusi formalarını əhatə edən ümumi anlayışla (funksiyanı, xassəni və s. ifadə edən) xarakterizə edilə bilər, bu şərtlə ki, ümumi anlayışda olan xarakteristikaların digər əlamətlərlə məcmu şəklində, iddiaçı tərəfindən göstərilən texniki nəticənin alınmasını təmin etməsi barədə təsvirdə məlumatlar göstərilsin.

7.1.7. Ümumi anlayış olmadıqda, habelə ümumiləşdirmə qanunauyğun olmadıqda, əlamət alternativ anlayışlar şəklində ifadə oluna bilər, bu şərtlə ki, ixtiranın düsturuna daxil edilmiş digər əlamətlərlə birgə məcmu şəklində göstərilsin və eyni texniki nəticənin alınmasını təmin etsin. Çertyojlar ixtiranın düsturunda verilmir. 

7.1.8. İxtira düsturunun bəndi bir cümlə şəklində ifadə olunmaqla, özünə ixtiranın əlamətlərini, o cümlədən düsturun ifadəsinin başlanğıcı olan, təyinatı əks etdirən “soy” anlayışını daxil edir və bir qayda olaraq, ən yaxın analoqların əlamətləri ilə üst-üstə düşən ixtira əlamətlərini saxlayan məhdud hissədən  və ixtiranı ən yaxın analoqdan fərqləndirən əlamətləri saxlayan fərqləndirici hissədən ibarət olur. İxtira düsturunun bəndinin məhdud və fərqləndirici hissəyə ayrılmaqla tərtib olunması zamanı təyinatı əks etdirən “soy” anlayışından sonra “daxil edən”, “saxlayan” və ya “ibarət olan” ifadələri verilməklə, məhdud hissə təsvir edilir, daha sonra “onunla fərqlənir ki,…” söz birləşməsi verilir, nəhayət, bilavasitə fərqləndirici hissə ifadə olunur.

7.1.9. İxtiranın düsturu aşağıdakıları xarakterizə etdiyi halda, bənd məhdud və fərqləndirici hissələrə ayrılmadan tərtib edilir:

7.1.9.1. fərdi kimyəvi birləşməni;

7.1.9.2. mikroorqanizm ştammını, bitki və heyvan hüceyrələri xəttini;

7.1.9.3. analoqu olmayan ixtiranı.

7.1.10. Düsturun bəndi təyinatı əks etdirən “soy” anlayışından sonra göstərilən ayrılma olmadan tərtib edildikdə, ixtiranı xarakterizə edən əlamətlər məcmusundan sonra “xarakterizə olunur”, “ibarətdir”, “daxil edir” və s. ifadələr verilir.

7.1.11. İxtira obyekti məlum qurğu, üsul, maddə, ştammın yeni təyinat üzrə tətbiqinə aid olduğu hallarda, ixtiranın düsturu aşağıdakı kimi qurulur: “məlum obyektin (tətbiq edilən obyektin adı və ya xarakteristikası göstərilməklə) yeni təyinat üzrə tətbiqi (tətbiq edilən obyektin yeni təyinatı göstərilməklə)”.

7.2. İxtiranın düsturunun strukturu

7.2.1. İxtiranın düsturu birbəndli və çoxbəndli ola bilər.

7.3. İxtiranın birbəndli düsturu

7.3.1. İxtiranın yerinə yetirilməsinin və ya istifadə edilməsinin xüsusi hallarına dair dəqiqləşdirilmələri saxlamayan mühüm əlamətlərin məcmusu olduğu halda, ixtiranı xarakterizə etmək üçün onun birbəndli düsturu tətbiq edilir.

7.4. İxtiranın çoxbəndli düsturu

7.4.1. İxtiranın yerinə yetirilməsinin və ya istifadə edilməsinin xüsusi hallarına dair inkişaf etdirilən və (və ya) dəqiqləşdirilən mühüm əlamətlər məcmusu olduqda, onu və ya bir qrup ixtiranı xarakterizə etmək üçün ixtiranın çoxbəndli düsturu tətbiq edilir.

7.4.2. İxtiranı xarakterizə edən ixtiranın çoxbəndli düsturu bir asılı olmayan bəndə və onun ardınca gələn asılı olan bəndə (bəndlərə) malik olur.

7.4.3. İxtiralar qrupunu xarakterizə edən ixtiranın çoxbəndli düsturu bir neçə asılı olmayan bəndə malikdir və onlardan hər biri qrupa daxil olan ixtiralardan birini xarakterizə edir. Qrupa daxil olan ixtiralardan hər biri, uyğun asılı olmayan bəndə tabe edilmiş asılı olan bəndlər cəlb edilməklə xarakterizə edilə bilər.

7.4.4. Çoxbəndli düsturun bəndləri onların ifadə edilməsi sırası ilə, 1-dən başlamaqla, ardıcıl olaraq ərəb rəqəmləri ilə nömrələnir.

7.4.5. İxtiralar qrupunu xarakterizə edən ixtira düsturunu ifadə etdikdə, aşağıdakı qaydalara riayət olunur: 

7.4.5.1. ayrı-ayrı ixtiraları xarakterizə edən asılı olmayan bəndlərdə ixtira düsturunun digər bəndlərinə istinadlar olmamalıdır;

7.4.5.2. asılı olan bəndlər, onların tabe olduqları asılı olmayan bəndlə birlikdə qruplaşdırılmalıdır;

7.4.5.3. ixtiralar, ixtira obyektlərindən birinin digər ixtira obyektinin alınması, həyata keçirilməsi və ya istifadəsi üçün nəzərdə tutulması şərtilə bir qrupda birləşdirilirsə, birinci asılı olmayan bənddə digər ixtiranın hansı ixtira üçün nəzərdə tutulduğu göstərilir.

7.5. İxtira düsturunun asılı olmayan bəndi

7.5.1. ixtira düsturunun asılı olmayan bəndi ancaq bir ixtiraya aid edilir. Asılı olmayan bənd iddia edilən ixtiranın hüquqi mühafizəsinin həcmini göstərən mühüm əlamətlər məcmusu ilə açıqlanır və ixtiranı xarakterizə edir.

7.6. İxtira düsturunun asılı bəndi

7.6.1. İxtira düsturunun asılı bəndi, asılı olmayan bənddə verilmiş ixtira əlamətlərinin məcmusunun ixtiranı yalnız onun yerinə yetirilməsinin və ya istifadəsinin xüsusi hallarında xarakterizə edən əlamətlərlə inkişaf etdirilməsini və (və ya) dəqiqləşdirilməsini tələb edir.

7.6.2. İxtira düsturunun asılı bəndini, onun tabe olduğu bənddə xarakterizə edilmiş ixtira əlamətlərinin əvəz edilməsi və ya istisna edilməsi ilə ifadə etmək olmaz. 

7.7. Qurğuya aid ixtira düsturunun xüsusiyyətləri

7.7.1. İxtira düsturunda qurğunun əlamətləri statik vəziyyətdə verilir. Qurğunun konstruktiv elementləri verildikdə, onların hərəkə-tinin və ya hər hansı bir funksiyanın yerinə yetirilməsinin mümkünlüyünun (məsələn, tormozlanma, bərkidilmə və ya hərəkət-etmə imkanı və s.) göstərilməsinə yol verilir.

7.8. Üsula aid olan ixtira düsturunun xüsusiyyətləri

7.8.1. Üsulun əlamətləri kimi fəaliyyəti (hərəkət, əməliyyat) xarakterizə etmək üçün feldən istifadə olunduqda, onları məlum növdə, xəbər formasında, üçüncü şəxsin adından, cəm halında ifadə edirlər (qızdırırlar, isladırlar, közərdirlər və s.).

7.9. Maddəyə aid olan ixtira düsturunun xüsusiyyətləri

7.9.1. Strukturu müəyyən edilmiş müxtəlif mənşəli kimyəvi birləşməni xarakterizə edən ixtira düsturuna kimyada qəbul olunan nomenklaturlardan biri üzrə birləşmənin adı və ya işarəsi və onun quruluş formulu daxil edilir (birləşmənin təyinatı göstərilməyə bilər).

7.9.2. Strukturu müəyyən edilməmiş kimyəvi birləşmə üçün ixtiranın düsturunda, birləşmənin təyinatının xarakteristikasını saxla-yan adı, verilən birləşməni digərlərindən fərqləndirməyə imkan verən fiziki-kimyəvi və digər xassələri, o cümlədən alınma üsulunun əlamətləri verilir.

7.9.3. Nuklein turşuları və təbii mənbədən ayrılmış və ya eyni, yaxud başqa yolla istiqamətli şəkildə dəyişilmiş bioloji funksiya ilə alınmış polipeptidlər üçün ixtiranın düsturuna maddənin adı, açıq şəkildə addan irəli gəlmədiyi halda təyinatı müəyyən edən bioloji funksiya (aktivliyin növü, bioloji xassə), nukleotidlərin və ya aminturşuların ardıcıllığının müvafiq nömrəsi (əgər müəyyən edilibsə) və ya verilən maddəni digərlərindən fərqləndirməyə imkan verən fiziki-kimyəvi və ya başqa xarakteristikalar daxil edilir. Polipeptidin aminturşu ardıcıllığını kodlaşdıran nukleotidlərin ardıcıllığı üçün əlavə olaraq polipeptidin bioloji funksiyası (aktivliyin növü, bioloji xassə) göstərilir, bu şərtlə ki, o, açıq şəkildə addan irəli gəlməsin.

7.9.4. Kompozisiyanı xarakterizə edən ixtira düsturunda inqrediyentlərin miqdarına aid əlamətlər olduqda, onlar hər hansı eyni ölçü vahidləri ilə bir qayda olaraq, miqdarın minimal və maksimal (aşağı və yuxarı) hədlərini xarakterizə edən iki qiymətlə ifadə olunur.

7.9.5. Kompozisiyanın inqrediyentlərindən birinin miqdarını müəyyən bir qiymətlə, qalan inqrediyentlərin miqdarını isə  vahid qəbul edilmiş həmin qiymətə nisbətən qiymətlər intervalı kimi göstərməyə icazə verilir (məsələn, inqrediyentlərin miqdarı, kompozisiyanın əsas inqrediyentinin 100 kütlə hissəsi nisbəti kimi və ya 1 litr məhlula nisbəti kimi verilir).

7.9.6. Kompozisiyanın tərkibindəki antibiotiklərin, fermentlərin, anatoksinlərin miqdarını, kompozisiyada olan digər komponentlərin ölçü vahidlərindən fərqli olaraq, digər ölçü vahidləri ilə (məsələn, kompozisiyada olan digər inqrediyentləri kütlə miqdarına nisbətən 1000 vahid ilə) göstərməyə icazə verilir.

7.9.7. Kompozisiyaya aid olan ixtira əlavə inqrediyentlərin daxil edilməsi ilə xarakterizə olunursa, düsturda müvafiq fərqləndirici əlamətdən əvvəl “əlavə olaraq” söz birləşməsi, sonra “saxlayır” sözü daxil edilir.

7.9.8. İxtiranın əlaməti kimi mürəkkəb tərkibli məlum maddə göstərilibsə, onda həmin maddənin funksiyası və ya xassəsi, həmçinin əsası göstərilməklə, onun xüsusi adının istifadə edilməsinə icazə verilir. Bu halda ixtiranın təsvirində həmin maddənin təsvir olunduğu mənbə göstərilməlidir.

7.10. Mikroorqanizm ştammına, bitki və heyvan hüceyrələri kulturasına aid olan ixtira düsturunun xüsusiyyətləri

7.10.1. Mikroorqanizm ştammını xarakterizə edən düstura ştammın cins və növünün latın dilində adı və təyinatı daxil edilir.

7.10.2. Bitki və heyvan hüceyrələri xəttini xarakterizə edən düstura hüceyrələrin adı və onların təyinatı daxildir. Əgər ştamm və ya hüceyrələr xətti depozitləşdirilibsə, depozitləşdirməyə səlahiyyəti olan kolleksiya-depozitarinin adı və ya abreviaturası və kolleksiya tərəfindən obyektə verilmiş qeydiyyat nömrəsi verilir.

7.10.3. Ştammın və ya hüceyrələr xəttinin depozitləşdirilməsi həyata keçirilməyən hallarda, düstur bu Tələblərin 6.10.4-cü yarımbəndinin tələbi gözlənilməklə tərtib edilir. Genetik konstruksiyanı xarakterizə edən düstura təyinat və təyinatı müəyyən edən bioloji funksiya göstərilməklə, onun adı və konstruktiv yerinə yetirilməsini xarakterizə edən əlamətlər daxil edilir.

7.11. İxtiranın düsturu iddiaçı və ya patent  müvəkkili (nümayəndə) tərəfindən imzalanır.

 

  1. İxtiranın məzmununu izah edən materiallar

 

8.1. İxtiranın məzmununu izah edən materiallar çertyojlar (sxem, qrafik, epür, şəkil, ossiloqram və s.), fotoşəkil, cədvəl, diaqramlar şəklində təqdim edilə bilər. İxtiranın təsvirini çertyojlar və ya sxemlər vasitəsilə aydınlaşdırmaq mümkün olmadıqda, şəkil təqdim edilir.

8.2. Fotoşəkillər qrafik təsvirlərə əlavələr kimi təqdim olunur. İstisna hallarda məsələn, cərrahiyyə əməliyyatlarının həyata keçirilməsi mərhələlərinin təsvir edilməsi üçün fotoşəkillər izahedici materialların əsas növü kimi təqdim oluna bilər.

8.3. Qrafik materiallar yuxarı sağ küncündə ixtiranın adının göstərilməsi tövsiyə olunan ayrıca vərəqdə təqdim olunur.

 

  1. Referata dair tələblər

 

9.1. Referat ixtiranın təsvirinin qısa şərhindən ibarətdir. Referatda ixtiranın adı, ixtiranın aid olduğu texnika sahəsinin xarakteristikası, ixtiranın adından məlum olmadıqda, onun tətbiq sahəsi, əldə edilən texniki nəticəni göstərməklə, ixtiranın mahiyyətinin xarakteristikası verilir. Referatda ixtiranın mahiyyəti ixtiranın düsturunun hər bir asılı olmayan bəndində əks olunmuş mühüm əlamətlər saxlanılmaqla, sərbəst şərh yolu ilə xarakterizə edilir. Zərurət yarandıqda, referatda referatla birlikdə dərc olunması üçün seçilmiş çertyoj fiqurlarının mövqelərinə istinadlar verilir.

9.2. Referatda əlavə məlumatlar, o cümlədən, ixtira düsturunun asılı bəndlərinin olmasına və ya onların sayına, qrafik təsvirə, cədvələ aid məlumatlar ola bilər. Referatın mətninin həcmi  orta hesabla 1000 çap işarəsindən çox olmamalıdır.

 

  1. İxtiraya dair iddia sənədinə daxil olan materialların tərtibi

 

10.1. İxtiranın düsturunda, təsvirində və onun izahedici materiallarında standart termin və ixtisarladan, onlar olmadıqda isə elmi və texniki ədəbiyyatda qəbul edilmiş termin və ixtisarlardan istifadə edilir.

10.2. Ədəbiyyatda geniş tətbiq edilməyən termin və işarələrdən istifadə edildikdə, mətndə onların birinci dəfə işlədildiyi yerdə izahı verilməlidir.

10.3. Şərti işarələr açıqlanmalıdır.

10.4. İxtiranın təsvirində və ixtiranın düsturunda eyni terminologiyadan istifadə edilməlidir.

10.5. Terminologiyanın vahidliyi tələbi fiziki kəmiyyətlərin ölçü vahidlərinə və istifadə olunan şərti işarələrə də aiddir.

10.6. Fiziki kəmiyyətlər qüvvədə olan beynəlxalq ölçü vahidləri sistemində ifadə olunmalıdır.

 

  1. İddia sənədində istifadəsinə icazə verilməyən elementlər

 

11.1. İddia sənədlərində ictimai qaydaya və əxlaqa zidd olan ifadələr, çertyojlar, şəkillər və sair materiallar, başqa şəxslərin məhsuluna və texnoloji proseslərinə, habelə iddia sənədlərinə və patentlərinə mənfi münasibət və ya ixtirasına dair mülahizələr olmamalıdır.

 

  1. Təqdim edilən sənədlərin tərtibi

 

12.1. İddia sənədi tərtib edilərkən, onun surətinin qeyri-məhdud sayda çıxarılmasının mümkünlüyü nəzərə alınmalıdır.

12.2. Sətirlər vərəqin kiçik tərəfinə paralel yerləşdirilməklə, hər vərəqin yalnız bir üzündən istifadə olunur.

12.3. İddia sənədinə daxil olan hər bir sənəd ayrıca vərəqdən başlayır.

12.4. İddia sənədi 210×297 mm formatlı ağ kağız vərəqlərdə tərtib edilir.

12.5. İxtiraya aid ərizə, ixtiranın təsvirinin, ixtiranın düsturunun, referatın çap olunduğu vərəqlərin kənarlarında aşağıdakı ölçülərdə boş yer buraxılır:

12.5.1. yuxarı tərəfdən – 20-40 mm;

12.5.2. aşağı tərəfdən  – 20-30 mm;

12.5.3. sol tərəfdən      – 25-40 mm;

12.5.4. sağ tərəfdən     –  20-30 mm.

12.6. Sənədinə qoşulan hər bir sənədə dair materialın ikinci və sonra gələn vərəqləri ərəb rəqəmləri ilə nömrələnir.

12.7. Sənədlər qara rəngli şriftlə çap olunur. Təsvirin mətni, ixtiranın düsturu və referat 1,5 intervalla çap olunur. Baş hərflərin hündürlüyü 2,1 mm-dən az olmamalıdır.

12.8. Qrafik simvollar, latınca adlar, latın və yunan hərfləri, riyazi və kimyəvi düsturlar qara rəngli mürəkkəb, pasta və ya tuş ilə salına bilər. Düsturların çap edilmiş şəkildə və əl ilə qarışıq yazılmasına icazə verilmir.

 

  1. Kimyəvi formullar

 

13.1. İxtiranın təsvirində və ixtiranın düsturunda kimyəvi formullar istifadə oluna bilər.

13.2. Kimyəvi formulların yazılması zamanı elementlərin ümumişlək simvollarından istifadə olunmalı və elementlər arasında əlaqə dəqiq göstərilməlidir.

13.3. Çap formasında təqdim edilən nukleotidlərin və (və ya) aminturşuların ardıcıllıqlarının siyahısı Ümumdünya Əqli Mülkiyyət Təşkilatının standartlarından biri olan ÜƏMT ST. 25 standartına uyğun tərtib edilməlidir.

 

  1. Riyazi düsturlar və simvollar

 

14.1. İxtiranın təsvirində və ixtiranın düsturunda riyazi ifadə (düstur) və simvollardan istifadə oluna bilər.

14.2. Riyazi ifadənin verilməsi forması tənzimlənmir. Riyazi düsturlarda olan hərf işarələri açıqlanmalıdır. Düstura aid izahat sütunlar şəklində yazılmalı və hər bir sətirdən sonra nöqtəli vergül işarəsi qoyulmalıdır. >, <, =, +, – və digər riyazi işarələr, ancaq riyazi düsturlarda istifadə olunur, mətndə isə həmin işarələr sözlə (böyük, kiçik, bərabər və s.) yazılmalıdır. Müsbət kəmiyyətlər arasında interval göstərilməsi üçün “+” işarəsinə icazə verilir. Müsbət qiymətlər arasında intervalların göstərilməsi üçün “-” işarəsi (…-dən (-dan) … qədər) tətbiq edilir.

14.3. Kəmiyyət faizlə ifadə olunduqda, faiz işarəsi (%) ədəddən sonra qoyulur. Bir neçə kəmiyyət olduqda, faiz işarəsi həmin kəmiyyətlərin sadalanmasından əvvəl qoyulur və iki nöqtə işarəsi ilə onlardan ayrılır.

14.4. Riyazi düsturlarda bir sətirdən digərinə keçidə yalnız işarə üzrə icazə verilir.

 

  1. Qrafik materiallar

 

15.1. Qrafik materialların təsviri möhkəm, ağ, hamar kağızda, pozulmayan qara aydın xətlə və ştrixlərlə, tuş sürtmədən və rəngləmədən yerinə yetirilir. Təsvirin miqyası və aydınlığı elə seçilməlidir ki, ölçülər 2-3 dəfə kiçildilməklə təsvirin surəti çıxarıldıqda, bütün detalları ayırd etmək mümkün olsun.

15.2. Rəqəm və hərflər mötərizə, çevrə və dırnaq içərisində yerləşdirilməməli, rəqəm və hərflərin hündürlüyü 3,2 mm-dən az olmamalıdır.

15.3. “Su”, “buxar”, “açıq”, “bağlı”, “A-A” (kəsiyi işarələmək üçün) kimi sözlər istisna olmaqla, çertyojlarda hər hansı izahedici sözün yazılmasına yol verilmir. Çertyojlarda düzbucaqlı (ortoqonal) proyeksiyaların istifadə edilməsi (müxtəlif görünüşlərdə və kəsik-lərdə) daha çox məqsədəuyğundur. Aksonometrik proyeksiyaların istifadə edilməsinə yol verilir.

15.4. Çertyojlarda ölçü göstərilmir, lazım olduqda onlar ixtiranın təsvirində verilir. Elementin fərdi şəkildə göstərilməsi halları istisna olmaqla, hər bir element, digər elementlərə mütənasib göstərilməlidir. Kəsiklər istinad işarələrinin və əsas xətlərin aydın oxunmasına mane olmayan maili ştrixləmə ilə yerinə yetirilir.

15.5. Çertyojların hər bir vərəqində bir neçə fiqur yerləşdirilə bilər, bu halda onlar bir-birindən ayrılmalıdır.

15.6. İki və daha çox vərəqdə yerləşdirilmiş fiqurlar vahid fiqurun hissələrini təşkil edirsə, onlar elə yerləşdirilməlidir ki, vahid fiquru, müxtəlif vərəqlərdə təsvir edilmiş fiqurlardan hər hansı birini nəzərə almadan quraşdırmaq mümkün olsun. Hər bir fiqur vərəqdə və ya vərəqlərdə elə yerləşdirilməlidir ki, vərəqin sahəsindən maksimum istifadə olunsun və cizgini vərəqin uzun tərəflərinin şaquli vəziyyətində oxumaq mümkün olsun. Qrafik təsvirin elementləri ixtiranın təsvirinə uyğun olaraq ərəb rəqəmləri ilə işarələnir. Bir neçə fiqurda göstərilmiş eyni elementlər eyni rəqəmlərlə işarələnir. İxtiranın təsvirində göstərilməyən istinad işarələri çertyojlarda qeyd olunmur və əksinə.

15.7. Qrafik təsvir sxem kimi verildikdə, sxemdə standartlaşdırılmış şərti qrafik işarələr istifadə olunmalıdır. Bir növ sxemdə başqa bir növ sxemin ayrı-ayrı elementlərinin təsvir edilməsinə icazə verilir (məsələn, elektrik sxemində kinematik və ya hidravlik sxem elementlərinin istifadə edilməsi). Sxem elementlərin qrafik işarəsi kimi düzbucaqlılar şəklində verilibsə, düzbucaqlının içərisində rəqəm işarəsindən başqa elementin adı da yazılır. Elementin qrafik təsvirinin ölçüləri buna imkan vermirsə, onda elementin adını, həmin elementdən kənara çıxarılmış xətt üzərində göstərməyə icazə verilir (lazım gəldikdə, sxemin ətrafında şəkilaltı adlar kimi də göstərilə bilər).

15.8. Fotoşəkillərin formatı təqdim olunan iddia sənədinin vərəqlərinin müəyyən edilmiş ölçülərindən böyük olmamalıdır. Kiçik formatlı fotoşəkillər, vərəqin formatına və keyfiyyətinə verilən tələblərə riayət olunmaqla, kağız vərəqlərinə yapışdırılaraq təqdim edilir.

15.9. Hər bir qrafik təsvir, həmin təsvirin növündən (cizgi, sxem, qrafik, şəkil və s.) və ixtiranın təsvirinin mətnindəki vərəqlərin nömrəsindən asılı olmayaraq ərəb rəqəmləri ilə nömrələnir (məsələn, fiq. 1, fiq. 2). İxtiranın təsviri bir fiqurla izah edilirsə, həmin fiqur nömrələnmir.

15.10. Qrafik materiallar ixtiranın təsvirində və ixtiranın düsturunda verilmir.

 

  1. Biblioqrafik məlumatlar

 

16.1. İddia sənədlərində informasiya mənbələrini göstərən biblioqrafik məlumatlar informasiya mənbəyini aşkar etməyə imkan verməlidir. 

 

  1. Faydalı modelin qeydiyyatı üçün iddia sənədinə dair  tələblər

 

17.1. Qanunun 8-ci maddəsinə uyğun olaraq, yeni olan və sənayedə tətbiq edilə bilən faydalı modelə hüquqi mühafizə verilir.

17.2. Məmulatın xarici görkəminə aid edilən və estetik tələblərin təminatına yönələn həllər və inteqral sxem topologiyası faydalı model sayılmır.

17.3. Qanunun 27-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq, iddia sənədinin tərkibi aşağıdakılardan ibarətdir: 

17.3.1. patent verilməsi  üçün faydalı modelin müəllifi və adına patent istənilən hüquqi və ya fiziki şəxsin (iddiaçının) yaşayış yeri, yaxud yerləşdiyi ünvan göstərilməklə ərizə;

17.3.2. faydalı modelin məzmununu açıqlayan təsvir;

17.3.3. faydalı modelin məzmununu ifadə edən  və onun təsvirinə əsaslanan düstur;

17.3.4. faydalı modelin məzmununu başa düşmək üçün lazım olan çertyojlar və digər materiallar;

17.3.5. referat.

17.4. Faydalı modelin qeydiyyatı ilə bağlı iddia sənədinin tərtibinə, qrafik materialların təsvirinə, biblioqrafik məlumatların verilməsinə və iddia sənədinin imzalanmasına olan tələblər ixtiralar üzrə iddia sənədinə olan tələblərlə eynidir.

 

  1. Faydalı modelinadı

 

18.1. Faydalı modelin adı onun təyinatını xarakterizə etməli, qısa və dəqiq olmalıdır.

18.2. Tək halda işlədilməyən adlar istisna olmaqla, faydalı modelin adı tək halda verilir.

18.3. Biri digərinin alınması (hazırlanması), həyata keçirilməsi və ya istifadə edilməsi üçün nəzərdə tutulmuş obyektlərə aid olan bir qrup faydalı modelin adında, birinci faydalı modelin adı tam, digərinin adı ixtisarla göstərilir. Obyektlərdən biri digərində istifadə edilmək üçün nəzərdə tutulmuş obyektlərə aid olan bir qrup faydalı modelin adında qrupa daxil olan faydalı modellərin adları olur. Eyni bir nəticəni eyni bir yolla əldə etməyi təmin edən faydalı modellər qrupu bu qrup faydalı modelin adını saxlayır və .həmin ada  mötərizədə yazılan “variantlar” sözü əlavə edilir.

18.4. Faydalı modelin adında xüsusi adlardan, qeyri-etik ifadələrdən, abreviaturalardan, reklam və firma adlarından, əmtəə nişanlarından, əmtəələrin mənşə yerinin adlarından və coğrafi göstəricilərdən, “və s.” sözlərindən və faydalı modeli eyniləşdirmə məqsədi daşımayan analoji sözlərdən istifadə edilməsinə yol verilmir.    

 

  1. Faydalı modelin vəhdətinə dair  tələblər

 

19.1. Qanunun 27-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq, iddia sənədi bir faydalı modelə və ya öz aralarında vəhdət təşkil edən bir qrup faydalı modelə aid olmalıdır.

19.2. Faydalı modelin vəhdəti tələbi aşağıdakı hallarda gözlənilmiş sayılır:

19.2.1. faydalı modelin düsturunda bir faydalı model xarakterizə olunduqda;

19.2.2. faydalı modelin düsturunda bir qrup faydalı model xarakterizə olunduqda.

19.3. Bu tələbin şərtləri aşağıdakılardır: 

19.3.1. faydalı modellərdən biri digərinin alınması (hazırlanması) üçün nəzərdə tutulur (məsələn, qurğu və onun hazırlanması üçün qurğu);

19.3.2. faydalı modellərdən biri digərinin istifadəsi və ya digərində istifadə üçün nəzərdə tutulur (məsələn, qurğu və onun tərkib hissəsi);

19.3.3. faydalı model eyni texniki nəticə alınmasını təmin edən, eyni təyinatlı və bir növdən olan qurğulara (variantlara) aid olur.

 

  1. Faydalı modelin təsvirinə dair tələblər

 

20.1. Faydalı modelin təsviri onun məzmununu ifadə etməlidir.

20.2. Faydalı modelin təsviri faydalı modelin adı ilə və iddia edilən faydalı modelin aid olduğu Beynəlxalq Patent Təsnifatının qüvvədə olan redaksiyasının indeksini göstərməklə başlayır.

20.3. Faydalı modelin təsviri aşağıdakı struktur bölmələrdən ibarətdir: 

20.3.1. faydalı modelin aid olduğu texnika sahəsi;

20.3.2. mövcud bilgilər məcmusundan irəli gələn texnika səviyyəsi;

20.3.3. faydalı modelin məzmunu;

20.3.4. qrafik materialların (fiqurların) siyahısı (onlar əlavə olunduğu halda);

20.3.5. faydalı modelin həyata keçirilməsinin mümkünlüyünü təsdiq edən məlumatlar (zəruri olduğu halda).

20.4. Lazımi məlumatların olduğu mənbəyə (ədəbiyyat mənbəyinə, əvvəl verilmiş iddia sənədlərindəki faydalı modelin təsvirinə, mühafizə sənədinə aid faydalı modelin təsvirinə və s.) istinadlar etməklə, təsvirin hər hansı bölməsinin tam və ya onun bir hissəsinin əvəz edilməsinə yol verilmir.

20.5. Faydalı modelin xüsusiyyətləri nəzərə alınmaqla, başqa qayda ilə onun daha yaxşı başa düşülməsinə və daha qısa ifadə olunmasına kömək edərsə, təsvirin ifadə edilməsi yuxarıda göstərilən qaydadan fərqlənə bilər.

 

 

 

  1. Faydalı modelin aid olduğu texnika sahəsi

 

21.1. Təsvirin bu bölməsində faydalı modelin tətbiq sahəsi göstərilir. Bu cür sahələr bir neçə olduqda, onlardan ən əhəmiyyətlisi göstərilir.

 

  1. Mövcud bilgilər məcmusundan irəli gələn texnika səviyyəsi

 

22.1. Bu bölmədə iddia edilən faydalı modelə oxşar olan analoqun (analoqların) mühüm əlamətlər məcmusu barədə məlumat verilməlidir.

22.2. İddia edilən faydalı modelin analoqu, ilkinlik tarixinə qədər iddia edilən faydalı modelin mühüm əlamətlər məcmusu ilə oxşar və eyni təyinatlı olan məlum texniki həlldir.

22.3. İddia edilən faydalı modelin analoqları arasından əlamətlər məcmusu iddia edilən faydalı modelin əlamətlər məcmusuna daha çox yaxın (oxşar) olan analoq prototip kimi seçilir.

22.4. Analoqların hər biri, o cümlədən prototip haqqında verilən məlumatlarda, onun açıqlandığı informasiya mənbəyinə dair biblioqrafik məlumatlar göstərilməklə, iddia edilən faydalı modelin mühüm əlamətləri ilə eynilik təşkil edən əlamətlər açıqlanır və analoqun əlamətlərində iddiaçıya bəlli olan texniki nəticənin alınmasına maneə törədə bilən səbəblər göstərilir.

22.5. Bir qrup faydalı model təsvir edildikdə, analoq və prototip haqqında məlumat, hər bir faydalı model üçün ayrılıqda verilir. Bir neçə analoq olduqda isə ən yaxın oxşarlığı olan analoq sonuncu göstərilir. 

 

  1. Faydalı modelinmahiyyəti

 

23.1. Faydalı modelin mahiyyəti onun aid edildiyi texniki nəticəyə nail olmaq üçün kifayət edən mühüm əlamətlər məcmusunda ifadə olunur.

23.2. “Faydalı modelin məzmunu” bölməsində iddia edilən faydalı modelin yönəldildiyi məsələ təfsilatı ilə açıqlanır və onun təmin etdiyi texniki nəticə göstərilir.

23.3. Ən yaxın oxşar analoqdan fərqlənən əlamətlər ayrılmaqla, faydalı modeli xarakterizə edən mühüm əlamətlər qeyd edilməlidir. Fərqlənən əlamətlər iddia edilən hüquqi mühafizə həcminin şamil edildiyi bütün hallarda kifayət edən əlamətlərə, xüsusi hallarda isə faydalı modelin konkret yerinə yetirilməsi formalarına və ya onun istifadə edilməsinin xüsusi şərtini xarakterizə edən əlamətlərə bölünür.

23.4. Əlamətin xarakteristikasının bu əlamətin açıqlandığı məlumat mənbəyinə istinad etməklə, əvəz edilməsinə yol verilmir. Bir qrup faydalı modellər üçün göstərilən məlumatlar, o cümlədən texniki nəticə haqqında məlumatlar hər bir faydalı model üçün ayrılıqda verilir.       

       

  1. Qrafik materialların (fiqurların) siyahısı

 

24.1. Bu bölmədə qrafik materiallara dair fiqurların siyahısından əlavə hər bir fiqurda nəyin əks olunduğu göstərilir. 

 

  1. Faydalı modelin həyata keçirilməsinin

mümkünlüyünü təsdiq edən məlumatlar

 

25.1. Bu bölmədə konkret misallar əsasında çertyojlara və ya başqa qrafik materiallara (olduğu halda) istinad edilərək, faydalı modelin reallaşdırılması yolları təsvir edilir.

25.2. Mahiyyəti ümumi anlayışlarla, o cümlədən funksional ümumiləşdirmə səviyyəsində təqdim edilmiş anlayışlarla ifadə olunmuş əlamətdən istifadə edilməklə səciyyələnən faydalı model üçün bu cür əlamətin və ya onun alınma metodlarının həyata keçirilmə vasitəsi təsvir edilir, yaxud bu cür vasitənin və ya onun alınma metodlarının məlum olduğu göstərilir.

25.3. Əgər faydalı modelin bir neçə əlaməti alternativ şəkildə ifadə edilibsə, belə əlamətlərin xarakteristikalarının müxtəlif birləşmələrində texniki nəticənin alınması imkanı göstərilir. Qurğunun konstruksiyasının təsviri (statik vəziyyətdə), qurğunun fəaliyyəti (işi) və istifadə üsulu çertyoj fiqurlarına (təsvirdə konstruktiv elementlərin rəqəm işarələri onların çertyojlarda verilmiş rəqəm işarələrinə uyğun gəlməlidir), lazım gəldikdə isə digər izahedici materiallara (epürlər, zaman diaqramları və s.) istinad edilməklə göstərilir. Qurğu funksional səviyyədə xarakterizə olunmuş element saxlayırsa və təsvir olunan realizə forması proqramlaşdırıla bilən (sazlana bilən) çoxfunksiyalı vasitədən istifadə edilməsini nəzərdə tutursa, onda həmin qurğunun tərkibində bu cür vasitə ilə onun təyin edilmiş konkret funksiyasının yerinə yetirilməsi imkanını təsdiq edən məlumatlar da verilir. Belə məlumatlar kimi alqoritm, xüsusilə, hesablama alqoritmi verildiyi halda, onu blok-sxem və ya mümkün olduqda, uyğun riyazi ifadə şəklində vermək məqsədəuyğundur.

25.4. Faydalı modelin təsviri iddiaçı və ya patent müvəkkili (nümayəndə) tərəfindən imzalanır.

 

  1. Faydalı modelin düsturuna dair tələblər

 

26.1. Faydalı modelin düsturu patentlə verilən hüquqi mühafizənin həcmini müəyyən edir. Düstur təsvirə əsaslanmalı və hüquqi mühafizənin həcmi faydalı modelin təsviri ilə təsdiqlənməlidir.  

26.2. Faydalı modelin düsturu aydın olmalı, onun məzmununu ifadə etməli və iddiaçının göstərdiyi texniki nəticəyə nail olmaq üçün mühüm əlamətlərin məcmusunu əks etdirməlidir.

26.3. Faydalı modelin düsturunda qeyri-elmi anlayışlardan istifadəyə yol verilmir. Düsturda əlamətin xarakteristikası onun açıqlanmış olduğu məlumat mənbəyinə istinadla əvəz edilə bilməz. Faydalı modelin düsturunda əlamətin xarakteristikasının iddia sənədində olan təsvirə və ya çertyojlara istinadla əvəz edilməsinə, yalnız əlaməti bu cür istinad olmadan xarakterizə etmək mümkün olmadığı halda icazə verilir.

26.4. Əlamət faydalı modelin düsturunda onun həyata keçirilməsinin müxtəlif xüsusi formalarını əhatə edən ümumi anlayışla (funksiyanı, xassəni və s. ifadə edən) xarakterizə edilə bilər. Bu şərtlə ki, ümumi anlayışda olan xarakteristikaların digər əlamətlərlə məcmu şəklində, iddiaçı tərəfindən göstərilən texniki nəticənin alınmasını təmin etməsi barədə təsvirdə məlumatlar göstərilmiş olsun.

26.5. Qurğunun əlamətləri düsturda, onu statik vəziyyətdə xarakterizə etməklə ifadə olunur. 

26.6. Qurğunun konstruktiv elementi xarakterizə edilərkən, onun hərəkətli olması, müəyyən funksiyanın yerinə yetirilməsi imkanı (məsələn, dayandırma və təsbit etmə imkanı) və s. göstərilir.

26.7. Ümumi anlayış olmadıqda, habelə ümumiləşdirmə qanunauyğun olmadıqda, əlamət alternativ anlayışlar şəklində ifadə oluna bilər, bu şərtlə ki, faydalı modelin düsturuna daxil edilmiş digər əlamətlərlə birgə məcmu şəklində göstərilsin və eyni texniki nəticənin alınmasını təmin etsin. Çertyojlar faydalı modelin düsturunda verilmir.

26.8. Faydalı model düsturunun bəndi bir cümlə şəklində ifadə olunmaqla, özünə faydalı modelin əlamətlərini, o cümlədən düsturun ifadəsinin başlanğıcı olan, təyinatı əks etdirən soy anlayışını daxil edir və bir qayda olaraq ən yaxın analoqların əlamətləri ilə üst-üstə düşən faydalı modelin əlamətlərini saxlayan məhdud hissədən və faydalı modeli ən yaxın analoqdan fərqləndirən əlamətləri saxlayan fərqləndirici hissədən ibarət olur. Faydalı modelin düsturunun bəndinin məhdud və fərqləndirici hissəyə ayrılmaqla tərtib olunması zamanı, təyinatı əks etdirən soy anlayışından sonra “daxil edən”, “saxlayan” və ya “ibarət olan” ifadəsi verilərək, bundan sonra məhdud hissə ifadə olunur, daha sonra isə “onunla fərqlənir ki,…” söz birləşməsi verilir, bundan sonra isə bilavasitə fərqləndirici hissə ifadə olunur.

26.9. Faydalı modelin düsturu analoqları olmayan faydalı modeli xarakterizə etdiyi halda, bəndin məhdud və fərqləndirici hissələrə ayrılması olmadan tərtib edilir.

26.10. Düstur bəndinin, təyinatı əks etdirən soy anlayışından sonra göstərilən ayrılma olmadan tərtib edilməsi zamanı, faydalı modeli xarakterizə edən əlamətlər məcmusundan sonra “xarakterizə olunur”, “ibarətdir”, “daxil edir” və s. ifadələr verilir.

 

  1. Faydalı modelin düsturunun strukturu

 

27.1. Faydalı modelin düsturu birbəndli və çoxbəndli ola bilər.

27.2. Faydalı modelin yerinə yetirilməsinin və ya istifadə edilməsinin xüsusi hallarına dair dəqiqləşdirmələr və ya inkişaf etdirmələr saxlamayan mühüm əlamətlər məcmusu olduğu, faydalı modeli xarakterizə etmək üçün onun birbəndli düsturu tətbiq edilir.

27.3. Faydalı modelin yerinə yetirilməsinin və ya istifadə edilməsinin xüsusi hallarına dair inkişaf etdirilən və (və ya) dəqiqləşdirilən mühüm əlamətlər məcmusu olduqda, onu və ya bir qrup faydalı modeli xarakterizə etmək üçün faydalı modelin çoxbəndli düsturu tətbiq edilir.

27.4. Faydalı modeli xarakterizə edən faydalı modelin çoxbəndli düsturu:

27.4.1. bir asılı olmayan bəndə və onun ardınca gələn asılı olan bəndə (bəndlərə) malik olur;

27.4.2. çoxbəndli düstur bir neçə asılı olmayan və hər biri qrupun faydalı modellərindən birini xarakterizə edən bənddən ibarət olur. Bu zaman qrupun faydalı modellərindən hər biri, uyğun asılı olmayan bəndə tabe edilmiş asılı olan bəndlər cəlb edilməklə, xarakterizə edilə bilər;

27.4.3. çoxbəndli düsturun bəndləri onların ifadə edilməsi sırası ilə, 1-dən başlamaqla, ardıcıl olaraq ərəb rəqəmləri ilə nömrələnir;

27.4.4. Faydalı modellər qrupunu xarakterizə edən faydalı modelin düsturu ifadə edildikdə, ayrı-ayrı faydalı modeli xarakterizə edən asılı olmayan bəndlərdə faydalı modelin düsturunun digər bəndlərinə istinadlar edilməməli və asılı olan bəndlər, onların tabe olduqları asılı olmayan bəndlə birlikdə qruplaşdırılmalıdır.

27.5. Faydalı modelin düsturunun asılı olmayan bəndi ancaq bir faydalı modelə aid edilir.

27.6. Faydalı modelin düsturunun asılı bəndi, asılı olmayan bənddə verilmiş faydalı modelin əlamətlərinin məcmusunun faydalı modeli yalnız onun yerinə yetirilməsinin və ya istifadəsinin xüsusi hallarında xarakterizə edən əlamətlərlə inkişaf etdirilməsini və (və ya) dəqiqləşdirilməsini saxlayır.

27.7. Asılı bəndin ifadə olunması, bir qayda olaraq, asılı olmayan bənddə verilənlə müqayisədə qısa ifadə olunmuş soy anlayışının və verilən asılı bəndin aid olduğu asılı olmayan bəndə və (və ya) asılı bəndə istinadın göstərilməsi ilə başlayır, bundan sonra isə faydalı modeli, onun yerinə yetirilməsinin və ya istifadəsinin xüsusi hallarında xarakterizə edən əlamətlər verilir.

27.8. Faydalı modelin düsturu iddiaçı və ya patent müvəkkili (nümayəndə) tərəfindən imzalanır.

 

  1. Faydalı modelin məzmununu izah edən materiallar

 

28.1. Faydalı modelin məzmununu izah edən materiallar çertyojlar (sxem, qrafik, epür, şəkil, ossiloqram və s.), fotoşəkil, cədvəl, diaqramlar şəklində təqdim edilə bilər.

28.2. Şəkil faydalı modelin təsvirini çertyojlar və ya sxemlərlə aydınlaşdırmaq mümkün olmadığı halda təqdim edilir. Fotoşəkillər qrafik təsvirlərə əlavələr kimi təqdim olunur. İstisna hallarda, fotoşəkillər izahedici materialların əsas növü kimi təqdim oluna bilər. Qrafik materiallar yuxarı sağ küncündə faydalı modelin adının göstərilməsi tövsiyə olunan ayrıca vərəqdə təqdim edilir.

 

  1. Faydalı modelin referatına dair tələblər

 

29.1. Referat faydalı modelin təsvirinin qısa şərhindən ibarətdir.

29.2. Referatda faydalı modelin adı, faydalı modelin aid olduğu texnika sahəsinin xarakteristikası, faydalı modelin adından məlum olmadıqda isə onun tətbiq sahəsi, eləcə də əldə edilən texniki nəticəni göstərməklə, faydalı modelin mahiyyətinin xarakteristikası verilir. Həmçinin, faydalı modelin mahiyyəti onun düsturunun hər bir asılı olmayan bəndində əks olunmuş mühüm əlamətlər saxlanılmaqla, sərbəst şərh yolu ilə xarakterizə olunur. Zərurət yaranarsa, referatda, dərc olunmaq üçün seçilmiş çertyoj fiqurlarının mövqelərinə istinadlar verilir.

29.3. Referatda əlavə məlumatlar, o cümlədən faydalı modelin düsturunun asılı bəndlərinin olmasına və ya onların sayına, qrafik təsvirə, cədvələ aid məlumatlar da ola bilər. Referatın mətninin həcmi 1000 çap işarəsindən çox olmamalıdır.

 

  1. Sәnaye nümunәsinin qeydiyyatı üçün iddia                        sәnәdinə dair tələblər

 

30.1. Qanunun 27-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq, sənaye nümunəsinə dair iddia sənədinin tərkibinə aşağıdakılar daxildir:

30.1.1. sənaye nümunəsinin müəllifi (müəllifləri) və adına patent verilməsi xahiş edilən şəxs (şəxslər), həmçinin onlardan hər birinin yerləşdiyi və ya yaşadığı yer göstərilməklə sənaye nümunəsinə patent verilməsi barədə ərizə;

30.1.2. sənaye nümunəsinin mahiyyətini açıqlamaq üçün zəruri olduğu halda, məmulatın ümumi görünüşünün çertyojları, erqonomik sxemi, konfeksiya xəritəsi;

30.1.3. sənaye nümunəsinin mühüm əlamətlərini əks etdirən təsvir;

30.1.4. məmulatın zahiri görkəmi barədə müfəssəl təsəvvür yaradan fotoşəkillər, şəkillər, o cümlədən kompüter qrafikası, reproduksiya və başqa üsullarla işlənilmiş şəkillər.

30.2. Elektron imzadan istifadə edilməklə tərtib olunmuş iddia sənədi materialları istisna olmaqla, patent verilməsi haqqında ərizə, Azərbaycan dilində tərtib olunmuş sənaye nümunəsinin mühüm əlamətlərinin məcmusunu əks etdirən sənaye nümunəsinin tәsviri vә ümumi görünüşünün çertyoju, erqonomik sxemlər, konfeksiya xəritələri bir nüsxәdә tәqdim olunur.

30.3. Digər fotolar da daxil olmaqla, məmulatın, maketin vә ya ümumi görünüş rәsminin fotoşәkli bir nüsxәdә tәqdim olunur.

30.4. Təqdim edilən sənədlər surətin çıxarılması üçün yararlı olmalıdır.       

30.5. Qanunun 9-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq, sәnaye nümunәsinə məmulatın zahiri görkәmini müәyyәn edәn bәdii-konstruktor һәllәr aiddir. Sәnaye nümunәsi şәkil vә ya model, yaxud onların birliyindәn ibarәt ola bilәr.

30.6. Məmulatların xüsusi qablaşdırmaları, etiketlər, emblemlər, şriftlər, məmulatın tərkib hissələri, məmulatın müstəqil hissələri, o cümlədən quraşdırma məmulatlarının yığılması üçün komponentlər, birlikdə istifadə edilən məmulatların dəstləri (komplektləri), interyerlər sənaye nümunələrinə aid edilə bilər.

30.7. Məmulatların müstəqil hissələrinə onların (məmulatın) istismarı prosesində görünən funksional cəhətdən müstəqil olan hissələr aid edilir.

30.8. Sənaye nümunələri həcmi və ya müstəvi nümunələr ola bilər. Hәcmi sәnaye nümunәlәri üçölçülü quruluşu olan, müstəvi sәnaye nümunәlәri isə ikiölçülü quruluşu olan kompozisiyalardır.

 

  1. Sәnayenümunәsinin vahidliyi

 

31.1. İddia sәnәdi bir sәnaye nümunәsinә və ya vahid yaradıcılıq fikri yaratmaqla öz aralarında əlaqəli olan sənaye nümunələri qrupuna aid olmalıdır.

31.2. Sənaye nümunəsinin vəhdəti aşağıdakı hallarda gözlənilmiş sayılır:

31.2.1. məmulatın şəkillərində və sənaye nümunəsinin mühüm əlamətlərinin siyahısında bir məmulatın, o cümlədən bütöv məmulatın, onun müstəqil hissəsinin, birlikdə istifadə edilən məmulatlar qrupundan ibarət dəstin (komplektin) bədii-konstruktor həlli olan bir sənaye nümunəsi təqdim olunduqda;

31.2.2. məmulatın şəkillərində və sənaye nümunəsinin mühüm əlamətlərinin siyahısında vahid yaradıcılıq təsəvvürü yaradan və sənaye nümunəsinin beynəlxalq təsnifatının (bundan sonra – SNBT) bir sinfinə aid olan, biri bütövlükdə məmulatın zahiri görkəmini, digəri isə məmulatın istismarı prosesində görünən  müstəqil hissəsinin (hissələrinin) zahiri görkəmini müəyyən edən eyni bir məmulatın bədii-konstruktor həlli olan sənaye nümunələri qrupu təqdim olunduqda;

31.2.3. məmulatın şəkillərində və sənaye nümunəsinin mühüm əlamətlərinin siyahısında vahid yaradıcılıq təsəvvürü yaradan və estetik (və ya erqonomik) xüsusiyyətlər üst-üstə düşən (variantlar) sənaye nümunələri qrupu təqdim olunduqda.

 

  1. Məmulatın şəkillərdәsti

 

32.1. Məmulatın zahiri görkәminin şəkli sənaye nümunəsinin hüquqi mühafizəsinin həcminin təyin edilməsi üçün istifadə olunan, iddia edilən sənaye nümunəsinin mühüm əlamətlərinin məcmusu haqqında məlumat saxlayan əsas sənəddir.

32.2. Qanunun 10-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq, sənaye nümunəsi üçün əqli mülkiyyət hüquqlarının mühafizəsi məmulatın şəkillərində əks olunmuş və sənaye nümunəsinin mühüm əlamətlərinin siyahısında verilmiş mühüm əlamətlər məcmusu ilə müəyyən edilən həcmə malik patent əsasında təqdim edilir.

32.3. Şəkillərin növlərinə və məzmununa dair tәlәblər:

32.3.1. həcmi sənaye nümunəsinə dair iddia sәnәdi, bir qayda olaraq, məmulatın öndәn 3/4 rakursda  ümumi görünüşünün, soldan, sağdan vә arxadan, zәruri halda isә yuxarıdan vә aşağıdan görünüşünün ağ-qara vә ya rәngli şəkillərini saxlamalıdır;  

32.3.2. müstәvi sәnaye nümunәsinin görünüşü planla verilir. Raportlu toxuculuq məmulatlarının müstәvi sənaye nümunələri şəkildə tәkrarlanan raportla təqdim olunmalıdır;

32.3.3. məmulatlar dәsti (komplekti) ümumi görünüşün şəklində bütövlüklə, yәni dәstә (komplektə) daxil olan bütün məmulatlarla birlikdə təqdim olunmalıdır. Bununla yanaşı, dәstә (komplektə) daxil olan məmulatların hər birinin ayrılıqda әlavә şəkli  verilir. Xüsusi halda, yəni məmulatlar dәsti (komplekti) tam tәrkibdә, ümumi görünüşün bir şəklində verilә bilmirsә, onda dәstin (komplektin) ayrı-ayrı şəkillərdə fraqmentlәrlә verilmәsinə yol verilir;

32.3.4. sənaye nümunələri qrupunun hər bir məmulatı ayrıca şəkillər komplekti kimi bütün lazımi görünüşlərdə təqdim olunmalıdır;

32.3.5. bağlana bilәn, yığılan (bükülәn), formasını dәyişәn (başqa şәkilә salınan) məmulatlar, onların açıq (mәsәlәn, soyuducu, telefon köşkü) vә ya bağlı (yığılmış) halda (məsəlәn, mətbәx kombaynı, tozsoran vә s.) şəkilləri ilə təqdim oluna bilər;

32.3.6. sәnaye nümunәsinin mühüm әlamәtlәrindәn biri rәngli qrafik (bәdii-koloristik) işləmə olduğu halda, bu Tələblərin 30.3-cü bəndində nəzərdə tutulan bütün şəkillər rәngli təqdim olunmalıdır;

32.3.7. məmulatların şəkillәri dəqiq, aydın, qeyri-şərti olmalı, kənar əşyalar olmadan neytral fonda təqdim edilməli və əlavə izahlar olmadan sәnaye nümunәsinin nәinki işıqlı, hətta kölgəli tərəfində olan ayrı-ayrı elementlərini (əlamətlərini) eyniləşdirməyə imkan verməlidir.

 

  1. Şəkillərə dair tələblər

 

33.1. Fotoşәkillər 18×24 sm ölçüdә, digər şəkillər A4 formatda təqdim edilir.

33.2. Qabariti çox da böyük olmayan məmulatların, mәsәlәn, qol (cib) saatlarının, mikrokalkulyatorların, cib alışqanlarının vә s. şəkillәri 13×18 sm vә ya 9×12 sm ölçülәrdә tәqdim edilә bilər.

33.3. Şəkillәr aşağıdakı qaydada nömrәlәnir:

33.3.1. ümumi görünüş, başqa görünüşlәr, yaxın analoqun təsviri;

33.3.2. bir görünüşün şəkillәri eyni nömrә altında verilir.

33.4. Sənaye nümunələrinin hər bir dəstinə (komplektinə) və hər bir qrupuna aid şəkillər ardıcıl olaraq nömrələnir.

33.5. Şəkillәr olan vərəqin üz tərəfində (fotoşəklin isə arxa tərəfində) ardıcıl olaraq şəklin nömrәsi, sәnaye nümunәsinin adı göstәrilir, həmçinin “ümumi görünüş”, “yandan görünüş”, “arxadan görünüş”, “üstdən görünüş” kimi izah yazılır.

33.6. Ən yaxın analoq kimi seçilmiş (әgәr o, iddiaçı tәrәfindәn təqdim olunubsa) məmulatın şəkli üçün analoji olaraq, şəklin nömrәsi və sənaye nümunəsinin adı ilә yanaşı, “yaxın analoq” kimi izah da yazılmalıdır.

 

  1. Sәnayenümunәsinintәsvirinə dair tələblər

 

34.1. Sәnaye nümunәsinin tәsviri məmulatın şәkillərdә təqdim olunmuş zahiri görünüşünü yazılı şәkildә açıqlamalıdır.

34.2. Tәsvir sәnaye nümunәsinin adı ilә başlayır. Həmin addan əvvəl sənaye nümunəsinin aid olduğu Sənaye Nümunələrinin Beynəlxaalq Təsnifatının qüvvәdә olan redaksiyasının indeksi göstərilir.

34.3.Təsvir aşağıdakı bölmәlәrdən ibarətdir:

34.3.1. sәnaye nümunәsinin tәyinatı vә tәtbiqi sahəsi;

34.3.2. sәnaye nümunәsinin analoqları;

34.3.3. sәnaye nümunәsinin zahiri görkəmi barədə müfəssəl təsəvvür yaradan şәkillәr və tәqdim edildiyi halda sənaye nümunəsini təsvir edən digәr materialların siyaһısı (çertyoj, erqonomik sxem, konfeksiya xәritәsi);

34.3.4. sәnaye nümunәsinin mühüm əlamətlərinin məcmusunu əks etdirən məzmun (icmal).

           

  1. Sәnaye nümunәsinin adı

 

35.1. Sәnaye nümunәsinin adı qısa və dəqiq olmalıdır.

35.2. Sәnaye nümunәsinin adı onun aid olduğu məmulatın tәyinatını açıqlamalı və yalnız cəm halda istifadə edilən adlar istisna olunmaqla, ismin tək halında yazılmalıdır.

35.3. Bir məmulata aid olan sәnaye nümunәləri qrupunun adı məmulatın adını və ona əlavə edilmiş mötərizədə “variantlar” sözünü və onların sayını saxlamalıdır.  

35.4. Bir məmulata aid olan sәnaye nümunәləri qrupunun və onun hissəsinin adı mötərizədə “məmulat bütövlükdə” göstərilməklə, məmulatın bütövlükdə adını və mötərizədə “məmulatın müstəqil hissəsi” göstərilməklə, onun hissəsinin adını saxlamalıdır.

35.5. Məmulata və onun hissəsinə aid olan sәnaye nümunәləri qrupu iddia olunduqda, məmulatın bütövlükdə adını və mötərizədə “variantlar” sözünü və onların sayı əlavə edilməklə, mötərizədə “məmulatın müstəqil hissəsi” göstərilməklə, onun hissəsinin adını saxlamalıdır.

35.6. Sәnaye nümunәsinin adında xüsusi adlardan, abreviatu-ralardan və sənaye nümunəsinin aid olduğu məmulatın təyinatının eyniləşdirilməsi məqsədini güdməyən digər söz işarələrindən istifadə edilməsinə yol verilmir.

 

36.Tәsvirin bölmәlәrinin mәzmunu

 

36.1. Sәnaye nümunәsinin tәyinatı vә tәtbiq sahəsi

36.1.1. Bu bölmәdә  iddia olunan sәnaye nümunәsinin tәyinatı vә tәtbiq sahəsi, həmçinin onun ən çox istifadə olunduğu sahələr haqqında məlumat verilir.

36.2. Sәnaye nümunәsinin analoqları

36.2.1. Bu bölmәdә müәyyәn edilmiş analoqların xarakteristikası verilir vә onlardan hansının iddia olunan sәnaye nümunәsinә daha yaxın olduğu (ən yaxın analoq) göstәrilir.

36.2.2. Sənaye nümunәsinin analoqları kimi sənaye nümu-nəsinin ilkinliyi tarixinə qədər dünyada hamıya müyәssәr olmuş məlumatlardan məlum olan oxşar zahiri görkəmə, eyni və ya oxşar təyinata malik məmulatın xarici görünüşünün bәdii-konstruktiv hәllәri göstərilir.

36.2.3. Mühüm әlamәtlәr məcmusuna görə iddia olunan sәnaye nümunәsinә әn çox oxşarlığı olan analoq ən yaxın analoq kimi göstərilir. Analoqun təsvirindən sonra onun açıqlandığı məlumat mәnbәyinin biblioqrafik məlumatları qeyd edilir.

36.2.4. Sәnaye nümunәsi barədə iddia sәnәdindә bir sinfә mәnsub olan məmulatlar qrupu iddia olunduğu zaman göstәrilәn analoqlardan heç biri bütün göstәrilәn mәmulatlara yaxın deyildirsә, hər bir göstәrilәn mәmulat üçun әn yaxın analoqun göstәrilmәsi mümkündür.

36.3. Məmulatın şәkillәrinin vә sәnaye nümunәsinin mahiyyətinin açıqlanması üçün lazım olan digәr tәqdim olunmuş materialların siyaһısı

36.3.1. Tәqdim edilәn şәkillәr, həmçinin çertyojlar, sxemlәr, konfeksiya xәritәlәri, slaydlar sadalanır vә onların hər birindә olan tәsvir barәdә qısa göstәriş verilir.

36.4. Sənaye nümunəsinin mahiyyәti

36.4.1. Sәnaye nümunәsinin mahiyyәti, onun şәkildә tәsvir olunmuş vә məmulatın iddiaçı tәrәfindәn göstәrilmiş estetik vә (vә ya) erqonomik xüsusiyyәtlәri ilә birlikdә, onun xarici görünüşünü tәyin edәn mühüm əlamәtlәrin mәcmusu ilә sәciyyәlәndirilir. Әlamәt o zaman mühüm sayılır ki, həmin əlamətlәr məmulatın xarici görünüşünün formalaşmasına təsir etsin.

36.4.2. Sәnaye nümunәsinin maһiyyәtinin açıqlanması üçün onun şәkillәrdә təsvir olunan müһüm әlamәtlәrinin mәcmusunun sözlә ifadә olunmuş yazılışı şәkillәrә (olduğu halda mәmulatın ümumi çertyojuna, erqonomik sxeminә, konfeksiya xәritәsinə) istinadlarla verilir. Bu zaman iddia olunan sәnaye nümunәsinin ona yaxın analoqdan fәrqli əlamәtlәri qeyd edilir.

36.4.3. İddia olunan sәnaye nümunәsini әks etdirәn məmulatın estetik vә (vә ya) erqonomik xüsusiyyәtlәri qeyd olunur vә göstәrilmiş xüsusiyyәtlәrә malik olan (әgәr bu aydın deyildirsə) məmulatın görünüşünün və mühüm hesab edilәn әlamәtlәrin xarici görünüşünün formalaşmasına təsiri izah edilir.

36.5. Məmulatın zahiri görkəminin estetik və (və ya) erqonomik xüsusiyyәtlәrinə aşağıdakılar aid edilə bilər:

36.5.1. bədii-məlumat ifadəliliyi;

36.5.2. formanın səmərəliliyi, kompozisiyanın bütövlüyü;

36.5.3. erqonomiklik.

36.6. Məmulatın zahiri görkəminin estetik və (və ya) erqonomik xüsusiyyәtlәri aşağıdakı əlamətlərlə səciyyələnir:

36.6.1. kompozisiyanın bütöv qavranılmasına kömək edən hissələrin әsas elementə nəzərən qarşılıqlı tabeçiliyinin təmin edilməsində (inkişaf etmiş fəza quruluşuna malik obyektlәr üçün);

36.6.2. qablaşdırılmanın qədim mücrü şəklində tərtibatı, etiketin isə çürümüş papirusu təqlid etməsi (müvafiq olaraq, çayın kolleksiya sortları və marka çaxırları üçün);

36.6.3. mühitin təsirinin və vandalizmdən mühafizənin nəzərə alınmasının təmin edilməsində;

36.6.4. istifadə rahatlığının təmin edilməsində (idman inventarı və avadanlığı, ordu ləvazimatı, mürəkkəb məişət texnikası);

36.6.5. görmə obrazının maşının qeyri-isteһsal, məişət xarakterini əks etdirməsi (bağ-bostan minitraktoru üçün);

36.6.6. maşının görmə obrazında uşağın fiziki çatışmazlığını psixoloji kompensasiya etmәk mәqsәdilә, onun son dərəcə xüsusi tәyinatı gizlәdildikdə (әlil uşaqlarla bağlı velomobil üçün).

36.7. Cihazların, dəzgahların vә digәr uyğun həcmi-fəza quruluşuna malik  sәnaye nümunәlәrinin xarici görünüşünün tәsviri zamanı erqonomik xüsusiyyәtlәrin tәsdiqi üçün sәnaye nümunәsi kimi iddia edilәn məmulatın işini vә (vә ya) istifadәsini, әn vacib funksional kompozisiya elementlərinin, detal vә birlәşmәlәrinin qarşılıqlı әlaqәsi xarakterizә olunmalıdır.

36.8. Komplektin (dəstin) təsviri zamanı onun tәrkibinә daxil olan, ümumi tәyinatı hәyata kecirәn funksiyaları yerinә yetirәn bütün məmulatlar göstәrilir. Məmulat komplektinin (dәstinin) bütün elementlәrinin bәdii-konstruktor həlli eyni bir obraz, mәsәlәn, plastika vә (vә ya) üslub prinsiplәrinin formalaşması ilә yerinә yetirilmәlidir.

36.9. Sәnaye nümunәsinin maһiyyәti açıqlanan zaman onun hәyata keçirilmәsinin müxtəlif formalarını xarakterizə edən alternativ anlayışlar şәklindә әlamәtlәrin istifadә olunmasına icazә verilmir.

36.10. Әgәr әlamәtin realizasiyasının müxtəlif formaları başqa әlamәtlәrlə mәcmu şəklində eyni estetik vә (vә ya) erqonomik xüsusiyyәtlәrә malik məmulatın xarici görkәmini müәyyәn edirsә, onda һәr birinә göstәrilәn realizasiya formalarından yalnız birini sәciyyәlәndirən əlamәtlərə aid sənaye nümunələrinin variantları təsvir edilir.

36.11. Sәnaye nümunәsi barәdә iddia sәnәdindә bir sinfә daxil olan məmulatlar qrupu mövcud olarsa, habelə bütün məmulatlar üçün eyni bir әn yaxın analoq aşkar edildiyi vә məmulatların yalnız həmin analoqdan fәrqlәndiyi halda, məmulatlardan birinin mühüm əlamətlәrinin məcmusu tam təsvir edilir, digərlərinin hər birinin mahiyyәtinin açıqlanması isә onların hər birinin ayrı-ayrılıqda tam təsvir edilən məmulatdan fәrqlәndiyini göstərən tәsvirinin verilməsi ilə һәyata keçirilir.

 

  1. Məmulatın zahiri görkəminin və bədii-konstruktor

həllərinin xarakterizə olunması üçün istifadə edilən əlamətlər

 

37.1. Əsasını inkişaf etmiş həcmi-fəza strukturu təşkil edən mürәkkәb kompozisiyaya malik bədii-konstruktor həllərini xarakterizə etmək üçün xüsusәn aşağıdakı əlamətlərdən istifadə edilir:

37.1.1. kompozisiya elementlərinin tərkibi və qarşılıqlı yerlәşmәsi;

37.1.2. plastik işlənmə daxil olmaqla, kompozisiya element-lərinin forması.

37.2. Monobloklu kompozisiyaya malik məmulatların (məsələn, televizor, radioqәbuledici, şit cihazı) bәdii-konstruktor həllərinin, həmçinin elementar həndəsi həcmlərin (məsələn, mebel seksiya bloku) nisbətləri əsasında qurulmuş həllərin xarakterizə edilmәsi üçün xüsusәn aşağıdakı əlamətlərdən istifadə edilir:

37.2.1. kompozisiya elementlərinin tərkibi və qarşılıqlı yerlәşmәsi;

37.2.2. bir qayda olaraq, məmulatın frontal səthində yerlәşәn bu elementlərin plastik, qrafik, rəngli və faktura həlli.

37.3. Müstәvi kompozisiyaya malik bәdii-konstruktor һәllәrinin (mәsәlәn, parça, lәçәk, yaylıq) xarakterizә edilmәsi üçün xüsusәn aşağıdakı əlamәtlәrdәn istifadә edilir:

37.3.1. kompozisiya quruluşu;

37.3.2. elementlərin, ornament motivlərinin ritmik təşkili, xətti-qrafik nisbəti;

37.3.3. ornament motivlərinin işlənilməsi;

37.3.4. koloristik həll;

37.3.5. fakturanın xarakteri (parça saplarının toxunuşu).

37.4. Geyimlәrin bәdii-konstruktor hәllәrinin xarakterizә edil-mәsi üçün xüsusәn aşağıdakı әlamәtlәrdәn istifadә edilir:

37.4.1. modelin həcmi xarakteristikası olan forma;

37.4.2. hissәlәrin öz aralarında gözlə qavranılan nisbәtini müәyyәn edәn proporsiyalar;

37.4.3. modelin səthilik xarakteristikası olan siluet;

37.4.4. hər hansı elementlәrin bərabər növbələşməsini müəyyən edәn ritm;

37.4.5. geyimin səthinin istәnilәn yerinә qoyula bilәn detallar, yәni elementlәr, onların forması;

37.4.6. işlәmә, yәni məmulatın utilitar tәtbiqi nöqteyi-nәzәrindәn funksional əhəmiyyəti olmayan, modelin həllində dekorativ rol oynayan, istifadəsi eyni zamanda texnoloji fәnd ola bilən (mәsәlәn, geyimin kәnarlarının işlәnilmәsi, tikişin birlәşdirici detallarının möһkәmlәndirilmәsi vә s.) element;

37.4.7. məmulatın strukturuna daxil olan, onun ayrı-ayrı һissәlәrinin birlәşdirilmәsi vә ayrılması üçün eləcə də dekorativ element olan furnitura (düymәlәr, qırmaqlar vә s.);

37.4.8. dekorativ xüsusiyyətləri olan material.

37.5. Ayaqqabının bәdii-konstruktor həllərinin xarakterizә edilmәsi üçün xüsusәn aşağıdakı әlamәtlәrdәn istifadә edilir:

37.5.1. modelin həcmi xarakteristikası olan, o cümlədən özünə qәlibin formasını daxil edən forma;

37.5.2. yuxarı vә aşağı hissələrin konstruksiyası;

37.5.3. konstruksiya elementlәrinin tərkibi, forması və qarşılıqlı yerlәşmәsi;

37.5.4. dekorativ xüsusiyyətləri olan material;

37.5.5. işlәmәnin detalları;

37.5.6. furnitura;

37.5.7. koloristik həll.

37.6. Məmulatlar komplektinin (dәstinin) bәdii-konstruktor həllərinin, müvafiq məmulatın bәdii-konstruktor həllinin xarakterizə edilməsi üçün istifadә olunan әlamәtlәrdәn başqa, xüsusәn aşağıdakıları əks etdirən әlamәtlәrdәn dә istifadә edilir:

37.6.1. hissələrin qarşılıqlı təsirinin xarakteri;

37.6.2. elementlәrin qarşılıqlı tabeçiliyi;

37.6.3. həm ilkin elementlәrin vә bu elementlәrdәn istifadә etmәklә yaranan məmulatların, həm də bütünlüklә komplektin (dәstin) proporsional düzülüşü.

37.7. Zahiri görünüşü 2 hal ilә bağlı (yığılmış) vә açıq (mәsәlәn, şkaflar, soyuducular, bağlı korpusda olan cihazlar, telefon köşkləri vә s.) tәyin edilən məmulatların bәdii-konstruktor həllərinin xarakterizə edilməsi zamanı һәm xarici görünüşü, һәm dә daxili görünüşü xarakterizə edən əlamətlərdən istifadə oluna bilәr.

37.8. Mürəkkəb bәdii-konstruktor həllinin xarakterizə edilməsi zamanı əlamətin xarakteristikasının sözlə təsvir edilməsi mümkün olmadıqda, həmin әlamәt məmulatın zahiri görünüşünün vә ya onun elementinin başqa tәyinatda, məlum məmulatın zahiri görünüşü ilә üst-üstə düşməsinin göstәrilmәsi yolu ilә ifadə oluna bilәr.

37.9. Əlamətin xarakteristikasının bu əlamətin açıqlandığı məlumat mənbəyinə istinadla əvəz edilməsinə yol verilmir.

 

  1. Sәnayenümunәsininmüһüm әlamәtlәrinin siyahısı

 

38.1. Sәnaye nümunәsinin mühüm әlamәtlәrinin siyahısı məmulatın şəkli ilə birlikdə sənaye nümunəsinin һüquqi mühafi-zəsinin və iddiaçının iddialarının həcminin müәyyәnlәşdirilməsi üçün hazırlanır. Yalnız çertyojlarda, sxemlərdə və ya izahedici materiallarda əks olunmuş əlamətlər siyahıya daxil edilmir.

38.2. Siyahıya şəkillərdə təqdim olunmuş məmulatın zahiri görkəminin estetik və (və ya) erqonomik xüsusiyyətlərini şərtləndirən sənaye nümunəsinin mühüm əlamətləri və məmulatın təyinatını göstərən əlamətlər daxil edilir.

38.3. Siyahının əlamətləri məmulatın istifadəçisinə birmənalı şəkildə aydın olan anlayışlarla ifadə edilməlidir. Əlamətin xarakteristikası onu məmulatın zahiri görkəminin şəklində öz əksini tapmış gözlə qavranılan əlamət ilə birmənalı şəkildə eyniləşdirməyə imkan verməlidir.

38.4. Siyahıda şəkillərdə sənaye nümunəsinin eyniləşdirilə bilinməyən əlamətlərinin xarakteristikasının, xüsusilə, məmulatın zahiri görkəminin şəkillərdə gözlə seçilə bilinməyən elementlərinin, elementlərin ölçülərinin gözlə seçilə bilinməyən nisbətlərinin və elementlərin mütləq ölçülərinin, hər hansı elementin olmadığının göstərilməsinə yol verilmir. 

38.5. Əgər məmulatın təsviri yazı saxlayırsa, o zaman belə əlamətin siyahıda xarakterizə edilməsi yalnız yazının qrafik yerinə yetirilməsi xüsusiyyətlərinin açıqlanması vasitəsilə verilə bilər. Siyahının əlamətinin yazının semantikası ilə xarakterizə edilməsinə yol verilmir.

38.6. Sənaye nümunəsinin mühüm əlamətlər siyahısının əlamətləri onun təsvirində olan anlayışlarla xarakterizə edilməlidir.

38.7. Siyahıya daxil edilmiş əlamətlərin xarakteristikalarını məmulatın zahiri görkəminin həllini statik vəziyyətdə açıqlamaqla ifadə etmək tövsiyə olunur. Elementlərin vəziyyətinin dəyişməsi, qarşılıqlı yerləşməsi və s. imkanı ilə yerinə yetirilməsinin göstəril-məsinə yol verilir (məsələn, transformer oyuncaqlar, qatlanan stullar).

38.8. Mühüm əlamətlər siyahısı bir və ya bir neçə sənaye nümunəsinə aid ola bilər. Bir sənaye nümunəsinə aid olan mühüm əlamətlər siyahısı bir bənd şəklində ifadə olunur.

38.9. Sənaye nümunələri qrupuna aid olan mühüm əlamətlər siyahısı bir neçə bənd şəklində ifadə olunur və  bunların da sayı bir qrupda birləşdirilmiş sənaye nümunələrinin sayına uyğun gəlir.

38.10. Sənaye nümunələri qrupuna aid olan siyahı bəndləri, onların ifadə olunduqları sıra ilə 1-dən başlayaraq, ardıcıl şəkildə ərəb rəqəmləri ilə nömrələnir. Sənaye nümunəsinin mühüm əlamətlərinin siyahısı ayrıca vərəqdə (vərəqlərdə) ifadə edilir.

38.11. Bir sənaye nümunəsinin mühüm əlamətlərinin siyahısının ifadə edilməsi məmulatın təyinatını göstərən əlamətdən (sənaye nümunəsinin “soy” anlayışı) başlayır. “Soy” anlayışından sonra “xarakterizə olunur” sözləri verilir və sənaye nümunəsini xarakterizə edən mühüm əlamətlər məcmusu ifadə olunur.

38.12. Bir sәnaye nümunәsinin mühüm әlamәtlәr siyaһısının ifadə edilməsini, sәnaye nümunәsinin ən yaxın analoqun əlamətləri ilə üst-üstә düşәn әlamәtlәrini saxlayan məhdud və sәnaye nümunәsini әn yaxın analoqdan fәrqlәndirәn əlamәtlәri saxlayan fərqli hissələrə ayırmaqla həyata keçirmək olar. Siyahı məhdud və fərqli hissələrə ayrılmaqla tərtib edildiyi zaman, məhdud hissə ifadə edildikdən sonra “fərqlənir” sözü daxil edilir və bundan da sonra fərqli hissə ifadə olunur.

38.13. Analoqu olmayan sәnaye nümunәsinin mühüm әlamәtlәrinin siyaһısı, məhdudlaşdırıcı vә fәrqlәndirici hissələrə ayrılmadan ifadə olunur.

38.14. Siyahı bəndi aşağıdakı əlamətlər məcmusunu saxladığı halda, bir sәnaye nümunәsinə aid hesab edilmir:

38.14.1. alternativ formada ifadə edilmiş əlamətləri saxladıqda;

38.14.2. həyata keçirilməyən (dəst olmayan) sənaye nümunə-lərinin xarakteristikalarını saxladıqda.

38.15. Sənaye nümunələri qrupunun mühüm əlamətlərinin siyahısı, hər birinə qrupu təşkil edən sənaye nümunələrindən birinin daxil olduğu bir neçə bənd şəklində ifadə edilir.  

38.16. Sənaye nümunəsinin təsviri iddiaçı və ya patent müvəkkili (nümayəndə) tərəfindən imzalanır.

 

  1. Sənaye nümunəsinin mahiyyәtini izah edən materiallar

 

39.1. Sənaye nümunəsinin mahiyyətini izah edən materiallar, lazım gəldikdə, məmulatın şəkillərinə əlavə kimi təqdim oluna və izahedici qrafik materiallar (çertyojlar, erqonomik sxemlər, şəkillər və s.), konfeksiya xəritələri, məmulatların və ya onların hissələrinin əsilləri və ya maketləri şəklində təqdim oluna bilər.

39.2. Ümumi görünüşün çertyoju sәnaye nümunәsinin maһiyyәtini izah etmək, məmulatın və ya onun elementlərinin zahiri görkəminin qabaritlәrini, ölçülərinin nisbәtini tәyin etmәk zərurəti yarandıqda tәqdim edilir.

39.3. Erqonomik sxem məmulatın zahiri görkəminin iddiaçı tərəfindən göstərilmiş erqonomik xüsusiyyətlərini izah etmәk zərurəti yarandıqda tәqdim edilir.

39.4. İzahedici şəkillər sənaye nümunəsini şəkillər, çertyojlar və ya sxemlərlə təsvir etmək mümkün olmadıqda tәqdim edilir.

39.5. Tәsvirin mәtnində çertyojlara, sxemlәrə və şəkillərə dair izah verilməlidir.

39.6. Çertyojda vә sxemdә, insan fәaliyyәtinin funksional zonalarında әsas elementlәrin yerlәşmәsi, məmulatın rahat və təhlükəsiz istifadә edilmәsi haqqında fikir yürütmәyә imkan verәn, məmulatın vә onun elementlәrinin qabarit ölçülәri (məlumatın və idarəetmə orqanlarının, işçi səthin yerləşdiyi hündürlük, en, dərinlik, formanın yaxın yerləşən elementləri arasındakı məsafə və s.) göstәrilə bilər.

39.7. Çertyojun (sxemin) bir neçә fiqurundakı eyni bir element eyni rәqәmlә işarə olunur. Tәsvirdə adı çəkilməyən istinad işarəlәri çertyojlarda (sxemlərdә) göstərilmir vә әksinә. Çertyojdakı şəkil düzbucaqlı (ortoqonal) proyeksiyada (müxtəlif görünüşlərdə, kəsiklərdə) təqdim oluna bilər.

39.8. Çertyojda hər bir element digər elementlərə mütənasib şəkildə yerinə yetirilir, yalnız elementin dəqiq təsviri üçün müxtəlif proporsiyaların lazım olduğu hallar istisna edilir.

39.9. Hər bir çertyoj (sxem) şəklin növündən asılı olmayaraq, təsvirin mətnində göstərildiyi ardıcıllığa uyğun olaraq, vahid nömrələnmə qaydası ilə nömrələnir. Məsələn, fiq.1, fiq.2 və s. Əgər təsvir bir fiqurla  izah edilirsə, o nömrələnmir.

39.10. Çertyojlar, sxemlər və izahedici şəkillər ayrıca vərəqdə təqdim edilir və onun sağ yuxarı küncündə sənaye nümunəsinin adının, variantın nömrəsinin göstərilməsi tövsiyə olunur.

39.11. Çertyojda (sxemdә) kәnara çıxarılmış xәtlәr dәqiq olmalıdır. Rәqәm vә hərf işarәlәrini mötәrizә, dairә vә ya dırnaq arasında qeyd etmәyә icazә verilmir. Rәqәm vә һәrflәrin һündürlüyü 3,2 mm-dәn az olmamalıdır.

39.12. Çertyojlarda (sxemlәrdә) “açıq”, “bağlı” sözlәrindәn başqa heç bir yazı olmamalıdır. Çertyojun bir vәrәqindә bir neçә fiqur yerlәşә bilәr və onlar  bir-birindәn dәqiq ayrılmalıdır.Әgәr iki vә daha çox vәrәqdә yerlәşmiş fiqurlar vahid fiquru tәşkil edәrsә, onlar elә yerlәşdirilmәlidir ki, bu fiqur müxtәlif vәrәqlәrdә təsvir edilmiş hər hansı bir hissə buraxılmadan quraşdırıla bilinsin. Fiqurlar vәrәqdә vә ya vәrәqlәrdә elә yerlәşdirilmәlidir ki, vәrәqlәr maksimum dolsun, çertyoju isә vәrәqin uzun tәrәfindәn şaquli vәziyyәtdә oxumaq mümkün olsun.

39.13. Konfeksiya xəritəsi (məmulatın hazırlanması üçün tövsiyə olunan toxuculuq, trikotaj materiallarının, dərinin, furniturun, işləmələrin və digər nümunələrin), sənaye nümunəsi yüngül və toxuculuq sənayesinə aid olduğu zaman təqdim edilir. Təkrarlanan şәkli olan materialların (dekorativ materialların, xalçaların, parçaların və s.) nümunәləri şəklin rapportunun ölçüsündә tәqdim edilir.

 

  1. İddia sənədinin tərtibinə dair tələblər

 

40.1. Terminologiya vә şərti işarələr

40.1.1. Sәnaye nümunәsinin yazılışında vә onu izah edәn materiallarda standart termin vә ixtisarlar, onlar olmadıqda  isә  elmi vә texniki әdәbiyyatda qәbul edilәn termin vә ixtisarlardan istifadə edilir.

40.1.2. Әdәbiyyatda geniş işlәnmәyәn terminlәr vә işarәlәrdәn istifadә edildikdә, onların mənası mәtndә ilk dәfә işlәnildikdə izah edilir.

40.1.3. Bütün şәrti işarәlәr açıqlanmalıdır. Təsvirdə mühüm əlamətlər siyahısında vahid terminologiya gözlәnilir, yəni tәsvirin yazılışında eyni әlamәtlәr eyni cür adlandırılır. Terminologiyanın vahidliyi fiziki vahidlərin ölçülәrinә vә istifadә olunan şәrti işarәlәrә dә aiddir.

40.1.4. Fiziki kәmiyyәtlәr mövcud Beynәlxalq vahidlər siste-mindә qüvvədə olan vahidlərlə ifadə olunur.

40.2. İstifadəsinə icazə verilməyən elementlər aşağıdakılardır:

40.2.1. iddia isәnәdi özündә ictimai maraqlara (o cümlədən, ictimai qayda-qanuna), humanizm prinsiplərinə, qəbul edilmiş əxlaq qaydalarına (pozulması cəmiyyətə və ya onun bir hissəsinə və yaxud da onun ayrı-ayrı nümayəndələrinə mənəvi ziyan vuran həm ümumbəşər, həmçinin mülki, ailə, dini və əxlaq prinsiplərinə), ədalətli rəqabət pinsiplərinə zidd olan ifadәlәr, çertyojlar, şәkillәr, fotoşәkillәr, təsvirlər vә digәr materiallar;

40.2.2. başqa şəxslərin məhsulları vә ya texnoloji proseslәrinə, iddia sənədləri vә ya patentlәrinә dair saymazyana ifadәlәr;

40.2.3. jarqon, qeyri-etik sözlər, ifadələr və ya bu cür məna daşıya bilən şəkillər;

40.2.4. sәnaye nümunәsinә aid olmayan ifadәlәr vә ya məlumatlar;

40.2.5. təsvirin “Sәnaye nümunәsinin analoqları” bölməsindә verilmiş məlum sәnaye nümunәlərinin çatışmazlıqlarının qeyd olunması icazə verilmәyən elementlәrә aid deyildir.

40.3.  Təqdim edilən sənədlərin tərtibinə dair tələblər

40.3.1. Sәnәdlәrin bütün növlәri elә tәrtib edilir ki, onların qeyri-mәһdud sayda nüsxәlәrinin bilavasitə çoxaldılması mümkün olsun.

40.3.2. Sətirlər vərəqin kiçik tərəfinə paralel yerləşdirilir və hər vərəqin yalnız bir üzündən istifadə olunur.

40.3.3. Hər bir iddia sәnәdi möhkəm, ağ, hamar, parıldamayan vәrәqdә hazırlanır. Təsvirlər (fotoşәkillәrdən başqa) parıltısız kağızda tәqdim edilmәlidir.

40.3.4. İddia sənədinə daxil olan hər bir sənəd, ayrıca vərəqdən başlayır.

40.3.5. İddia sənədi 210×297 mm formatlı ağ kağız vərəqlərdə tərtib edilir.

40.3.6. İddia sənədinin çap olunduğu vərəqlərin kənarlarında aşağıda göstərilən ölçülərdə boş yer buraxılır:

yuxarıdan   – 20-40 mm;

aşağıdan    – 20-30 mm;

soldan        – 25-40 mm;

sağdan       – 20-30 mm.

40.3.7. İddia sənədinə qoşulan hər bir sənədə dair materialın ikinci və sonra gələn vərəqləri ərəb rəqəmləri ilə nömrələnir.

40.3.8. Sənədlər qara rəngli şriftlə çap olunur. Təsvirin mətni, sənaye nümunəsinin mühüm əlamətlərinin siyahısı 1,5 interval məsafə ilə çap olunur. Baş hərflərin hündürlüyü 2,1 mm-dən az olmamalıdır.

40.3.9. Qrafik simvollar, latınca adlar, latın və yunan hərfləri qara rəngli mürəkkəb, pasta və ya tuşla salına bilər.

40.4. Biblioqrafik məlumatlar

40.4.1. iddia sənədlərində informasiya mənbələrinin biblioqrafik məlumatları elə göstərilir ki, informasiya mənbəyi aşkar edilə bilsin.

 

  1. Sənədlərin imzalanması

 

41.1. İddia sənədlərində imza edən şəxsin soyadı, adı və atasının adı göstərilir.

41.2. Sənədləri vəzifəli şəxs imzaladıqda, imza edənin vəzifəsi göstərilir və möhürlə təsdiq edilir.

41.3. Xarici adlar, o cümlədən şirkətlərin adı, həmçinin Azərbaycan dilinə transliterasiya olunaraq göstərilir.

41.4. Müəssisənin rəsmi adı tam şəkildə, məktublaşma üçün isə aydın formada icazə verilən məlumatları yazmaqla göstərilir.

41.5. Elektron imzadan istifadə olunmaqla verilən iddia sənədi tərtib edilərkən, bu hissənin tələbləri nəzərə alınmalıdır.

 

Son xəbərlər
Digər xəbərlər