10 C
Baku
Thursday, December 12, 2024

Pay torpaqlarına dövlət reyesterindən çıxarış verilməsi üçün rüsum tutulmayacaq

“Torpaq islahatı haqqında” qanuna uyğun olaraq, ləğv edilmiş sovkoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxsiyyət şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyesterindən çıxarışın verilməsi üçün dövlət rüsumu tutulmayacaq.

Bu, Milli Məclisin 15 oktyabrda keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, “Torpaq islahatı haqqında” qanuna uyğun olaraq, ləğv edilmiş sovkoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxsiyyət şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə də dövlət rüsumu tutulmayacaq.

Son xəbərlər
Digər xəbərlər