Bu ilin oktyabr ayında Bakıda birinci Azərbaycan-Avstraliya biznes forumu keçiriləcək. Rəsmi KİV-in məlumatına görə, bunu Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva Pert şəhərində Qərbi Avstraliyanın qubernatoru Kerri Sandersonla görüşdə deyib.
“Forumda Avstraliyadan onlarla iş adamının iştirakı planlaşdırılır”, – deyə diplomat vurğulayıb.
A.Rzayeva Azərbaycan və Avstraliya arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin möhkəmləndirilməsi üzrə görülən işlər barədə məlumatları qubernatorun diqqətinə çatdırıb.
Qubernator K.Sanderson Azərbaycana səfər etmək arzusunu bildirib. O, həmçinin iki dövlət arasında əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib.