5 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

“PayPal” öz kriptovalyutasını buraxacaq

Dünyanın ən böyük ödəniş sistemlərindən biri olan “PayPal” öz kriptovalyutasını işə salmağı planlaşdırır.

Banker.az xəbər verir ki, verilən məlumata görə, şirkət loqosunu əks etdirən steyblkoin buraxacaq.

Vurğulanır ki, “PayPal”ın kriptovalyutası “PayPal Coin” adlandırıla bilər. Mütəxəssislərin proqnozlarına görə, yeni yaradılacaq rəqəmsal valyuta ABŞ dollarına bağlı olacaq.

Bundan əvvəl “PayPal” “Facebook”un kriptovalyutasının buraxılışında iştirak etməyi planlaşdırsa da, ABŞ tənzimləyicisinin təzyiqi ilə bu ideyadan imtina edib. 2020-ci ildə o, müştərilərinə bitkoinlər və digər virtual sikkələr almağa və saxlamağa imkan verərək, kriptovalyuta bazarında işləməyə başlayıb. Bu, yeni rəqəmsal valyutanın mümkün buraxılması istiqamətində ilk addım olub.

Son xəbərlər
Oxşar xəbərlər