16 C
Baku
Thursday, April 25, 2024

“PayPal” “Pinterest”i alması ilə bağlı şayiələri təkzib edib

“PayPal” “Pinterest”in alınması ilə bağlı şayiələri təkzib edib.

Banker.az xəbər verir ki, şirkət qərardan geri çəkildiyini və ya ümumiyyətlə bu barədə müzakirələr aparmadığını açıqlayıb.

Xatırladaq ki, “PayPal” hər səhm başına 70 dollar təşkil edib. Müqavilə nəticəsində şirkətin qiymətləndirməsi 39 milyard dollara çata bilərdi.

2021-ci ilin iyulunda “Pinterest” ikinci rüb gəlirinin 125% artdığını və 613 milyon dollara çatdığını açıqlayıb. Verilən məlumata görə, şirkətin mənfəəti 69.4 milyon dollar, aktiv istifadəçilərinin sayı isə 454 milyon nəfər təşkil edib.

2021-ci ilin fevralında “Financial Times” “Microsoft”un “Pinterest”i satın almağı düşündüyünü yazıb. Bu xəbərin fonunda şirkətin səhmləri 9.83% ucuzlaşıb, “PayPal”ın qiymətli kağızları isə 6.03% artıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər