8 C
Baku
Thursday, December 12, 2024

“PayPal” Yaponiyanın hissəli ödəniş xidməti “Paidy”ni 2.7 mlrd. dollara alacaq

“PayPal” ödəniş sistemi Yaponiyanın “Paidy” şirkətini 300 milyon yenə (2.7 milyard dollar) almağı planlaşdırdığını açıqlayıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Paidy” hissəli ödəniş xidmətini göstərir. “PayPal” vurğulayır ki, müqavilə nağd şəkildə həyata keçiriləcək və oktyabr-dekabr ayları arasında bağlanacaq.

“Paidy” 2010-cu ildə qurulub. “Bloomberg” qeyd edir ki, xidmət internetdən alış-veriş etməyə və toplanan məbləği fiziki mağazalarda hissəli şəkildə ödəməyə imkan verir. Yaponiya – üçüncü ən böyük elektron ticarət bazarı olsa da, ölkədə əhali nağd puldan istifadə etməyə davam edir.

Xatırladaq ki, avqust ayında daha bir ödəniş şirkəti olan “Square” kredit operatorunu açacağını açıqlayıb. Şirkət Avstraliyanın “Afterpay” xidməti ilə 29 milyard dollarlıq müqavilə bağlayıb.

Son xəbərlər
Digər xəbərlər