-1 C
Baku
Sunday, December 15, 2024

Paytaxtda daha bir piyada keçidi tikilir

Mərdəkan-Zağulba avtomobil yolunun 8-ci km-də piyada keçidi tikilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Banker.az-a verilən məlumata görə, layihə üzrə keçidin uzunluğu 53.4 metr, daxili eni 3.5 metr, pilləkən və pandusların eni 1.35 metrdir. Yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edən keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarət olacaq. Hazırda keçiddə özül svaylarının vurulması işləri aparılır. Keçidin metal konstruksiya hissəsi zavod şəraitində hazırlanır.

İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün beynəlxalq standartlara uyğun oval tipli piyada pandusları quraşdırılacaq.

Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.

Son xəbərlər
Digər xəbərlər