Paytaxtın 5 rayonunda binalar təmir olunacaq – 25 milyonluq layihə

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhərinin bir neçə rayonunda dövlət mənzil fonduna aid binaların təmiri ilə bağlı iri həcmli satınalma həyata keçirib.

Banker.az xəbər verir ki, Nəsimi, Yasamal, Xətai, Suraxanı və Sabunçu rayonları ərazisində yerləşən yaşayış binalarının təmiri işlərini “Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyəti icra edəcək.

Satınalma müqaviləsinin ümumi dəyəri 24 985 364 manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər