16 C
Baku
Wednesday, November 19, 2025

Pedaqoji fakültələrin sayı azaldıla bilər

Universitetlərdə pedaqoji fakültələrin sayının azaldılması təklif edilir.

Təhsil naziri Emin Əmrullayev bir neçə gün əvvəl Milli Məclisdə çıxışı zamanı bəzi universitetlərə tələbə qəbulunun azaldılacağını bildirib. Nazir qeyd edib ki, bu addım təhsildə keyfiyyətin artırılması məqsədi daşıyır.

Təhsil ekspertləri bildirirlər ki, tələbə qəbulunun azaldılması məsələsi ilk növbədə pedaqoji fakültələrə aid edilməlidir. Onların sözlərinə görə, ali təhsil müəssisələrinə ayrılan 60 min plan yerinin 25 mini məhz pedaqoji ixtisaslara aiddir.

Kamran Əsədov hesab edir ki, pedaqoji ixtisaslara qəbulu azaltmaq üçün ilk növbədə müəllimlik ixtisasına qəbulda müəyyən şərtlər tətbiq edilməlidir. Xüsusilə bölgə universitetlərində 200 balla pedaqoji ixtisaslarda təhsil alan tələbələrin sayı kifayət qədərdir.

Ekspert onu da qeyd edib ki, pedaqoji fakültələrin sayı azaldıldıqdan sonra bölgələrdə müəllim çatışmazlığının yaranmaması üçün tamştatlı kadr kimi müəyyən güzəştlərlə təyinat verilməlidir.

Son xəbərlər
Digər xəbərlər