Azərbaycan Dövlət Pedaqoji Universiteti “Mirinşaat” MMC ilə 1.3 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Universitetin Sahil korpusunun əsaslı təmiri nəzərdə tutulur.
Üzeyir Hacıbəyli 68 ünvanında yerləşən Sahil korpusunun 2-ci mərtəbəsinin bir hissəsi əsaslı təmir olunacaq.
Müqavilənin ümumi dəyəri isə 1 279 524 AZN təşkil edir.