20.2 C
Baku
Sunday, May 18, 2025

“Pegasus Airlines” İzmir-Bakı aviareysinin açılışını təxirə salıb

Türkiyənin “Pegasus Airlines” aviaşirkəti İzmir-Bakı aviareysinin açılışını təxirə salıb.

Bu ilin martın 10-na planlaşdırılan İzmir-Bakı birbaşa sərnişin aviareysi üzrə ilk uçuş aprelin 2-nə keçirilib. Artıq aviaşirkət bununla bağlı mart ayına bilet almış sərnişinlərə xəbər göndərib. Bakıdan İzmirə ilk reys aprelin 3-də həyata keçiriləcək.

Qeyd edək ki, İzmir-Bakı-İzmir aviareysi üzrə uçuşlar həftədə iki dəfə yerinə yetiriləcək.

©APA

Son xəbərlər
Digər xəbərlər