Türkiyənin İstanbul-Qəbələ və Qəbələ-İstanbul reyslərini gerçəkləşdirən “Pegasus” hava yolları şirkəti bu ilin (2016) oktyabrından başlayaraq, Azərbaycana uçuşlarını dayandırıb.
“Pegasus”un saytında bu reyslərlə bağlı uçuşlar əksini tapmayıb.
Şirkətin Azərbaycandakı satış bürosundan uçuşların dayandırılmasını AzadlıqRadiosu-na təsdiqləsələr də, səbəbini açıqlamayıblar.
“Pegasus”un xəbəri nə təsdiq, nə də inkar edən Türkiyədəki ofisinin mətbuat xidməti yazılı acıqlamanı gözləməyi bildirib.