6 C
Baku
Sunday, December 15, 2024

Pekin hədəfinə çatdı: Cek Manın “Ant Group”u maliyyə holdinqi olmağa razılaşdı

Çinli milyarder Cek Maya məxsus olan “Ant Group” fintex-şirkəti yenidənqurmanı həyata keçirməyə və ÇXR hökumətinin nəzarəti altında maliyyə holdinqi olmağa razılaşıb.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Müvafiq plan şirkətin IPO keçirməsini qadağan etmiş yerli requlyatorların iştirakı ilə hazırlanmışdır.

“Ant Group” dörd requlyatorla görüş keçirib: bank sektoru, qiymətli kağızlar və birja bazarındakı nəzarət orqanları, Çin Mərkəzi Bankı. Söhbət əsnasında tərəflər son bir neçə ayda hazırlanan korporasiyanın genişmiqyaslı “düzəliş planı”nı müzakirə ediblər.

Beləliklə, Pekin istəyinə nail olub. Sənədə əsasən, “Ant Group” aşağıdakıları etməlidir:

– ödəmələr sahəsində haqsız rəqabəti aradan qaldırmalı;

– korporativ idarəçiliyin keyfiyyətini artırmalı;

– investisiya məhsullarının likvidliyi risklərini azaltmalı;

– qısamüddətli investisiyalar fondu olan “Yu’ebao”nun idarə etdiyi aktivlərin həcmini azaltmalı;

– fərdi məlumatların toplanmasında “informasiya inhisarından” imtina etməlidir.

Yenidənqurmadan sonra şirkət təxminən banklar səviyyəsindəki tənzimlənməyə tabe olacaq.

“Ant Group” müvafiq planlarından 2021-ci ilin yanvarında bildirmişdir. Son illərdə Çinin fintex-nəhəngi maliyyə xidmətlərinin tədarükçüsü imicini sarsıtmağa və özünü texnologiya şirkəti kimi göstərməyə çalışmışdır. “Ant Group” maliyyə holdinqi olmağı planlaşdırmasa da, Çin hökumətinin təzyiqi altında biznesin yenidənqurmasına dair plan hazırlamağa razılıq verib.

Mübahisənin tarixi

“Ant Group” Çinin ən böyük rəqəmsal ödəmə platforması olan “Alipay”a sahibdir.  Onun Çinin materik hissəsindəki müştərilərinin sayı bir milyarddan çoxdur. 2020-ci ilin sonunda “Ant Group”un qurucusu Cek Ma maliyyə təşkilatlarına qarşı irəli sürülən beynəlxalq tələbləri tənqid edərək, onları “dünənki metodlar” adlandırıb.

Noyabr ayında korporasiya IPO keçirməyə hazırlaşsa da, Çin requlyatorları bu prosesi dayandırıb. Bir gün əvvəl hökumət Cek Ma və şirkətin top-menecerləri ilə IPO haqqında danışıqlar aparıb.

Daha sonra jurnalistlər Çin səlahiyyətlərinin şirkətdən ödəniş xidməti olaraq işləməsini və kapitalın idarəedilməsi, sığorta və kredit sahəsindəki layihələrdən imtina etməsini tələb etdiyini söyləyiblər.

Dekabr ayının sonunda Çin hökuməti Manın digər şirkətinə maraq göstərməyə başlayıblar – elektron ticarət nəhəngi “Alibaba”. Antiinhisarçı araşdırmadan sonra korporasiya 2.7 milyard dollar cərimələnib.

Son xəbərlər
Digər xəbərlər