Çinin paytaxtı Pekinin iki beynəlxalq aeroportunda koronavirusa görə, reyslər təxirə salınıb.
MK xəbər verir ki, “Şoudu” və “Dasin” aeroportlarında 1255 uçuş ləğv edilib.
Bundan əvvəl hava limanlarında rəsmilərin təcili yardım tədbirlərini artırmağa başladıqları bildirilib.
İki ən böyük hava limanında 615 gəliş (67.14%) və 640 gedişin (68.38%) ləğv edildiyi qeyd olunur.