18 C
Baku
Tuesday, May 28, 2024

Pekində yeni koronavirus ocağı aşkar olundu

Çinin paytaxtı Pekinin Çaoyan rayonunda koronavirusun yeni ocağı aşkar olunub.

Bu barədə məlumatı Pekinin Səhiyyə Komitəsi yayıb.

Məlumata görə, yeni ocaq yerli barlardan birində aşkarlanıb. Ötən sutka ərzində həkimlər şəhərdə koronavirusa 61 yeni yoluxma aşkar edib ki, yoluxanların da hər biri sözügedən barda olub.

Yaranmış vəziyyətlə əlaqədar olaraq, paytaxtın həmin hissəsində yenidən epidemioloji tədbirlər gücləndirilib.

Bildirilir ki, Çaoyan rayonunda çox sayda əcnəbi yaşayır.

Statistikaya əsasən, iyunun 6-dan Pekində yoluxma sayı gündəlik olaraq 10-dan az olurdu.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər