Sosial sığorta və əhalinin pensiya təminatı ilə bağlı qanunlara dəyişiklik ediləcək.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirib.
DSMF sədri qeyd edib ki, hazırda bu istiqamətdə müvafiq qurumlarla işlər aparılır.
“Dəyişikliyə əsasən sosial sığorta prinsiplərinin müəyyənləşdirilməsi, dövlət öhdəlikləri ilə sosial sığorta öhdəliklərinin fərqləndirilməsi, eləcə də əhaliyə əlavə pensiya təminatına imkan verən yığım komponenetlərinin tətbiqi və sosial pensiya fondlarının təşkili olacaq.
Ötən il bir milyon 380 min elektron xidmət istifadəçi sayına görə həyata keçirilib. Yeni ildən sosial sığorta hesabatlarının tətbiqi ilə bağlı yeni elektron sistem həyata keçiriləcək, hesabatların verilməsində dəyişiklik olacaq”.