6 C
Baku
Sunday, December 15, 2024

Pensiya hesablanmasında ədalətsizlik

Əmək pensiyasının hesablanma qaydasında 3 dəfə qanunvericilik dəyişdiyi üçün 3 dövrün hər birində müxtəlif hesablama metodu tətbiq olunur.

  1. 2006-cı il yanvarın 1-dək olan dövr;
  2. 2017-ci il iyulun 1-dək olan dövr;
  3. 2017-ci il iyulun 1-dən sonrakı dövr.

2016-cı ilə qədər olan stajın hər ilinə 306 manat pensiya kapitalı hesablanır.

2006-cı il yanvarın 1-dən 2017-ci il iyulun 1-dək olan dövrdə toplanan pensiya kapitalı rəsmi istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilir. Qeyd edək ki, 2016-cı ildə istehlak qiymətləri indeksinin illik səviyyəsi 12.4%, 2017-ci il üzrə 12.9%, ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempi isə müvafiq olaraq, 7% və 5.8% olmuşdur.

2017-ci ilin iyulun 1-dən sonrakı dövrdə toplanan pensiya kapitalı isə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir.

Minimum 25 il sığorta stajı olan, yaxud da fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan şəxslərin pensiya təminatı hüququ yaranır. Yəni pensiya kapitalında 34,560 manat olmalıdır. Hesablanma qaydası qanunvericiliyə əsasən 12 il (144 ay) müəyyənləşdirilən pensiya müddəti əmək pensiyasının minimum məbləğinə (2022-ci il yanvarın 1-dən 240 manat) vurulmaqla hesablanır, yəni 144ay*240AZN=34,560 manat.

Kişilər (gələcəkdə qadınlar da) yaşa görə tutaq ki, 65 yaşa çatmısınzsa, siz yuxarıdakı 2 şərtdən birini ödəmirsinizsə, pensiyanıza staj hissəsi hesablanmayacaq və siz yalnız Qocalığa görə 180 manat müavinət alacaqsınız. Əlilliklə pensiyaya çıxdığınız halda, yuxarıdakı 2 şərtədən birini ödəmirsinizsə, III qrup əlilsinizsə, 120 manat əlilliyə görə müavinət alacaqsınız.

Təklif 1. Pensiya kapitalının məbləğinin əmək pensiyasının minimum məbləğinə bağlanması metodikasından əl çəkilməlidir. Çünki hər il əmək pensiyasının minimum məbləği artırıldıqca, vətəndaşın pensiyaya çatma imkanı azalır. Onun əvəzində pensiya kapitalı vətəndaşın minimum əmək haqqından (300 manat) DSMF-yə ödədiyi icbari sosial sığorta məbləği qədər müəyyənləşdirilməlidir. Çünki pensiya kapitalı vətəndaşın həmin əmək haqqısından DSMF-yə aylıq ödədiyi məbləğlərin toplanması ilə hesablanır. Hazırkı qanunla praktiki olaraq, bu o deməkdir ki, vətəndaş 300 manat minimum əmək haqqı alırsa, o hazırkı pensiya kapitalını (34,560 manat) toplanmaq üçün illik indeksləşməni nəzərə almadan 460,80 ay və yaxud 38,4 il lazımdır. Çünki 300 manat maaş alan vətəndaşın pensiyaya aylıq icbari sosial sığorta ödənişi 75 manat edir (75 manat*460,8ay=34,560 manat). Amma minimum 25 il iş stajı tələbi olduğu üçün aşağı maaşla işləyən vətəndaşlar minimum 25 il staj toplamaqla bu hüquqdan istifadə edə bilərlər. Çünki onların pensiya kapitalının minimum məbləğini toplaması mümkün deyil.

Pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən deyil, vətəndaşın minimum əmək haqqından DSMF-yə aylıq ödədiyi məbləğə (hazırda 75 AZN edir) əsasən hesablanmalıdır. Bu halda 75 AZN*144 ay = 10,800 manat minimum pensiya kapitalı tələb olunacaq ki, vətəndaşın pensiya kapitalında bu məbləğ olduqda minimum pensiya məbləği ilə pensiyaya çıxa biləcək. Pensiya kapitalının qalan hissəsini isə dövlət öz üzərinə götürməlidir.

Təklif 2. Hazırkı qanunvericiliyə əsasən, sizin 65 yaşınız olub və iş stajınız 24 ildirsə, yenə də sizə staja görə pensiya hesablanmayacaq, çünki minimum 25 il şərtini ödəmirsiniz və sizin işlədiyiniz staj illəri hökumətdə batır. Təklifimiz odur ki, vətəndaş neçə il işləyibsə, həmin məbləğ 144 aya bölünməklə nə qədər məbləğ edəcəksə, aylıq qocalığa görə müavinətin üzərinə hesablansın.

Təklif 3. Pensiya kapitalının indeksləşdirilməsi 2017-ci il iyulun 1-dək istehlak qiymətləri indeksinin illik səviyyəsinə, həmin dövrdən indiyədək isə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğunlaşdırılır. Yuxarıda qeyd etdik ki, 2016-cı ildə istehlak qiymətləri indeksinin illik səviyyəsi 12.4%, 2017-ci il üzrə 12.9%, ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempi isə müvafiq olaraq, 7% və 5.8% olmuşdur. Statistikaya baxanda aydın olur ki, hökumət pensiya kapitalında indeksləşməni 2016-cı ildə qiymət indeksindən nominal əmək haqqının illik artım tempinə dəyişəndə məqsəd o olub ki, indeksləşmədə hökumət vətəndaşlara daha az məbləğ versin.

Təklifimiz ondan ibarətdir ki, pensiya kapitalı üçün indeksləşmə zamanı həm istehlak qiymətləri indeksinin illik səviyyəsi, həm də aylıq nominal əmək haqqının illik artım tempi birlikdə toplanaraq edilsin.

Müəllif: Elşən Orucov

Son xəbərlər
Digər xəbərlər