11 C
Baku
Tuesday, December 23, 2025

Pensiya təminatının yaxşılaşdırılmasına 10 mln. pul ayrılır

Azərbaycan hökuməti 2016-cı ildə dövlət büdcəsindən pensiya təminatının yaxşılaşdırılması üzrə tədbirlərin maliyyələşdirilməsinə 10,032 mln. manat vəsait ayrılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.

Gələn ilin dövlət büdcəsindən sosial müdafiə və sosial təminat sahələrinə 1 mlrd. 896 mln. 554,714 min manat vəsaitin ayrılması nəzərdə tutulub.

Bunun 1,1 mlrd. manatını Dövlət Sosial Müdafiə Fonduna transfertlər təşkil edəcək, pensiya təminatının yaxşılaşdırılması üzrə tədbirlərə 10,032 mln. manat, sosial təminat xərclərinə 35,781 mln. manat yönəldiləcək. Qalan vəsait digər məqsədlərə sərf ediləcək.

Son xəbərlər
Digər xəbərlər