20 C
Baku
Thursday, May 30, 2024

ABŞ-ın Ukraynaya hərbi yardım paketinə hansı silahlar daxildir? – AÇIQLAMA

ABŞ-ın Ukraynaya göndərəcəyi 800 milyon dollarlıq yeni hərbi yardım paketinə daxil olan silah və texnikalar açıqlanıb.

Bu barədə Pentaqonun sözçüsü Con Kirbinin yazılı bəyanatında deyilir.

“Bu paketdəki silahlara 72 ədəd 155 mm-lik haubitsa və 144 min artilleriya mərmisi, 155 mm-lik haubitsalar üçün 72 ədəd yedək maşını, 121-dən çox “Phoenix Ghost” taktiki pilotsuz uçuş sistemi, sahə avadanlığı və ehtiyat hissələri daxildir”, – bəyanatda qeyd edilir.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Cozef Bayden Ukraynaya yeni 800 milyon dollarlıq hərbi yardım paketini elan edib.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər