13 C
Baku
Tuesday, May 7, 2024

Pentaqon Yaponiyaya “hava-hava” raketlərinin satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Yaponiyaya təxminən 293 milyon dollar dəyərində “hava-hava” tipli raketlərin mümkün satışını təsdiqləyib. Bu barədə Pentaqon məlumat yayıb.

Söhbət orta mənzilli AIM-120C-7/8 raketlərindən gedir. “Dövlət Departamenti AIM-120C-7/8 orta mənzilli “hava-hava” raketlərinin Yaponiya hökumətinə mümkün tədarükünü təsdiqləmək qərarına gəlib”, – məlumatda bildirilir.

Bundan əlavə, Tokioya raketlər üçün avadanlıqlar da çatdırılacaq. Müqavilənin ümumi məbləği 293 milyon dollar olacaq.

Pentaqon əlavə edib ki, mümkün sazişin sənədləri ABŞ Konqresinə təqdim edilib. Layihə 150 ​​ədəd müasirləşdirilmiş AIM-120C-7/C-8 orta mənzilli “hava-hava” raketi və üç AIM-120 AMRAAM istiqamətləndirici bölmə almaq arzusunu ifadə edən Yaponiya tərəfinin sifarişi əsasında həyata keçirilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər