23 C
Baku
Thursday, April 25, 2024

“Pepsi Bottlers Azerbaijan”a 2 mln. manatlıq yatırım

Dünyaca məşhur alkoqolsuz içki istehsalçısı “Pepsi”nin Azərbaycandakı törəmə şirkətinin nizamnamə kapitalı artırılıb.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, “Pepsi Bottlers Azerbaijan”, yaxud hüquqi adı ilə “Mars Overseas Baku LTD”nin nizamnamə kapitalı son əməliyyatlarda  2 000 000 manat, 15.24% artırılmaqla 15 121 600 manata çatdırılıb.

“Mars Overseas Baku LTD” Azərbaycanda fəaliyyətinə 1999-cu ildə başlayıb. Şirkətin əsas fəaliyyəti meyvə şirələri, qazlı və qazsız içkilər, kompotlar və “snack”lərin istehsalı və satışıdır.

Hal-hazırda bir çox adda məhsul istehsal edilir. Onların arasında “Pepsi”, “Mırında”, “Mountain Dew”, “7up”, “Jalə”, “Zolotoy Sad” və “Natura”, “Mıa”, “I’m Tea” əsas brendlər sayılır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər