19 C
Baku
Friday, May 3, 2024

Pepsico məhsullarını Azərbaycanda istehsal edən 15 milyon manatlıq şirkət birləşir

Azərbaycanda daha iki şirkət birləşir.

Banker.az-ın məlumatına görə, “AZF CO LTD” MMC fəaliyyətinə xitam verilərək “Mars Overseas Baku LTD” MMM-yə qoşulur.

“Mars Overseas Baku LTD” MMM “AZF CO LTD” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.

Qeyd edək ki, “Mars Overseas Baku LTD” MMM öz fəaliyyətinə 1999-cu ildə başlayıb, nizamnamə kapitalı 15 121 600 manatdır və qanuni təmsilçisi Qabil Əhmədovdur.

Bu şirkət “Pepsico” ilə bağlanan tərəfdaşlıq müqaviləsinə əsasən Pepsico məhsullarının Azərbaycanda müstəsna istehsal və satış hüququna sahibdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər