9 C
Baku
Thursday, December 12, 2024

“Pepsi”nin Azərbaycan üzrə müəssəsi rəhbərliyinə yeni təyinat olub

Vüqar Abbasov “Pepsi” alkoqolsuz içkilərinin Azərbaycanda istehsalçısı olan “Mars Overseas Baku LTD” Məhdud Məsuliyyətli Müəssisəsi rəhbərliyinə gətirlib.

Banker.az-ın quruma yaxın mənbədən əldə etdiyi məlumata əsasən, o bu vəzifəyə 2020-ci ilin yanvarında təyin edilib.

Dəqiq olaraq V.Abbasov “Mars Pversees Baku LTD”də Baş əməliyyatçı inzibatçısı və İdarə Heyəti üzvü təyin edilib.

“Mars Overseas Baku LTD” 1994-cü ildən dövlət qeydiyyatlna alınıb və şirkətin nizamnamə kapitalı 13,12 milyon manatdır.

O, buna qədər 2011-ci ildən Azərbaycanda dövlət qeydiyyatına alınan “ALKE İnşaat Sanaye və Ticaret” ASC şirkətində İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb. Banker.az bir müddət əvvəl bu şirkətin səhmdar cəmiyyətdən məhdud məsuliyyətli cəmiyyətə sevriləcəyi ilə bağlı məlumat da yaymışdı.

Son xəbərlər
Digər xəbərlər