Peru Mərkəzi Bankı (BCRP) 2021-ci ilin avqustunda başladığı faiz artımı prosesini 12-ci iclasında da davam etdirib. BCRP-nin verdiyi açıqlamaya görə, faiz dərəcəsi 5.50-dən 6.00-a qaldırılıb. Bazarlarda gözlənti faiz dərəcəsinin 50 baza bəndi artırılacağı idi.
Banker.az xarici mətbuata istinadən xəbər verir ki, Peru Mərkəzi Bankı 2020-ci ilin aprel ayında faiz dərəcəsini 0.25%-ə endirmişdi. Beləliklə, Bank son 12 iclasında faiz dərəcəsini ümumilikdə 575 baza bəndi artırıb.
Qeyd edək ki, Peruda inflyasiya 8.81% təşkil edir.