Son 5 ildə peşə təhsili müəssisələrinə qəbul 50% artaraq 24 min nəfərə çatıb.
Banker.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.O bildirib ki, bu rəqəmin gələcəkdə də artacağı gözlənilir.
“Son illərdə yeni tikilən müəssisələrimiz fəaliyyətə başladıqdan sonra yerlər 100 faiz dolub. Bunu Bakı, Bərdə və Cəlilabad peşə təhsili müəssisələrində görmək olar. Bundan başqa, işğaldan azad olunmuş ərazilərimizin hər birində peşə təhsili mərkəzlərinin yaradılması planlaşdırılır”.