9 C
Baku
Friday, December 13, 2024

Peskov ABŞ-ın Ukraynaya “Patriot” sistemləri verməsinə münasibət bildirib: “Rusiya ordusu üçün qanuni hədəfdir”

Zelenskinin ABŞ-a səfəri təsdiqlədi ki, Vaşinqton Rusiya ilə son ukraynalıya qədər de-fakto və dolayı yolla mübarizəni davam etdirir.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Moskva təəssüf edir ki, nə Bayden, nə də Zelenski Rusiyanın narahatlıqlarını dinləməyə potensial hazır olduqlarını nümayiş etdirməyiblər”, deyə Rusiya Prezidentinin mətbuat katibi vurğulayıb.

Kremlin sözçüsü Ukraynaya Qərb silahlarının tədarükünün münaqişənin həllinə kömək etmədiyini, ancaq Ukrayna xalqının iztirablarını uzatdığını söyləyib. O bildirib ki, Amerikanın “Patriot” sistemləri, Ukrayna Silahlı Qüvvələrini təmin edilən digər silah növləri kimi, Rusiya ordusu üçün qanuni hədəfdir: “Ukraynaya verilən silahların çeşidinin genişləndirilməsi Rusiya Federasiyasının xüsusi əməliyyatın məqsədlərinə çatmasına mane ola bilməz”, deyə Peskov qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər