Son günlər Rusiyanın qaz tədarükü ilə bağlı vəziyyətdən başqa ölkələrə təzyiq etmək üçün istifadə etdiyinə dair çoxlu iradlar eşidilir, lakin bunlar tamamilə yalan bəyanatlardır, Moskva onları qəti şəkildə rədd edir.
Bunu cümə axşamı jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Son günlər biz çoxlu qınaqlar eşidirik. Bunlar xanım fon der Leyen (Avropa Komissiyasının rəhbəri – TASS qeydi) və Aİ-nin, Avropa paytaxtlarının digər nümayəndələri tərəfindən səsləndirir. Biz Rusiyanı tənqid edən məzəmmətlər eşidirik. Guya Rusiya qaz vəziyyətindən şantaj, siyasi təzyiq və s. üçün istifadə edir”, – Dmitri Peskov qeyd edib.
Kremlin sözçüsü xatırladıb ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin “tam şəkildə izah edib ki, heç bir təzyiq və ya şantajdan danışmaq olmaz”.
“Bunlar tamamilə yalan bəyanatlardır, biz bunu qəti şəkildə inkar edirik”, – Peskov vurğulayıb.